Bank Of Baku

Amerika Kinematoqrafiya İnstitutu 2008-ci ilin ən yaxşı filmlərinin siyahısını açıqlayıb

Amerika Kinematoqrafiya İnstitutu 2008-ci ilin ən yaxşı filmlərinin siyahısını açıqlayıb
# 15 dekabr 2008 11:49 (UTC +04:00)
Kaliforniya-APA. Amerika Kinematoqrafiya İnstitutu 2008-ci ilin 10 ən yaxşı filminin adını açıqlayıb. APA-nın məlumatına görə, ilin ən yaxşı filmləri sırasında “Qara cəngavər” və “Dəmir adam” fantastik filmləri də var. 2008-ci ildə çəkilmiş ən yaxşı ekran əsərləri sırasında “Bencamin Battonun sirli əhvalatı”, “Frost/Nikson”, “Donmuş çay”, “Qran Torino”, “Harvi Milk”, “VALL-İ”, “Vendi və Lyüsi”, “Pəhləvan” filmləri də var. Qeyd edək ki, “Bencamin Battonun sirli əhvalatı” və “Frost/Nikson” filmləri Hollivud Xarici Mətbuat Assosiasiyasının təsisi etdiyi “Qızıl qlobus” mükafatında ən çox nominasiya qazanmış filmlərdir. Los-Ancelesdən olan kino tənqidçiləri “VALL-İ” animasiya filmini isə ilin ən yaxşı kino layihəsi hesab edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR