Bank Of Baku

Ruhiyə “Best model of the world” yarışmasını Azərbaycanda təşkil etmək təklif olunub

Ruhiyə “Best model of the world” yarışmasını Azərbaycanda təşkil etmək təklif olunub
# 15 dekabr 2008 14:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Müğənni Ruhiyə “Best model of the world” yarışmasını Azərbaycanda təşkil etmək təklif olunub. APA-nın məlumatına görə, bu məlumatı “Best model of Azerbaijan-2008” yarışmasına rəhbərlik edən Ruhi bu gün “Best model of the world-2009” yarışmasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. “Best model of the world” yarışmasının İstanbulun “Classis city” otelində keçirildiyini vurğulayan Ruhi, Azərbaycanı yarışmada təmsil edən Rahib İsmayılovun beşinci yeri qazandığını deyib. R. İsmayılov bu yarışmada “Best centleman” nominasiyasında, Esmira Novruzova isə “Best model possium” nominasiyasında qalib olublar: “Bu yarışmada dünyanın 82 ölkəsindən modellər iştirak edirdi. 82 ölkə arasında beşinci yeri qazanmaq böyük uğurdur. Ancaq mən səmimi olaraq bildirirəm ki, həmin yarışmada nə Rahibdən, nə də Esmiradan tam razı qalmadım. Səhnədə geyim nümayiş etdirəndə mən artıq münsiflər heyətinin fikirlərini eşidirdim. Təmsilçilərimizin geyim nümayişi tam ürəyimcə olmadı”.

Yarışmada oğlan modellər arasında I yerə Fransa təmsilçisi, qız modellər arasında isə Cənubi Afrika təmsilçisi layiq görülüb. Bir çox tanınmış simaların təmsil olunduğu “Best model of the world-2008” yarışmasının münsiflər heyətində Azərbaycandan Ruhi Əliyeva və “Best model of the world-2007” yarışmasının birincisi olan Rüstəm Cəbrayılov da təmsil olunub. Ruhi növbəti dəfə belə bir yarışmaya rəhbərlik etməyəcəyini qeyd edib: “Mən bu yarışmaya növbəti illərdə rəhbərlik etmək istəmirəm. Ancaq Azərbaycanda bu yarışmaya rəhbərlik edəcək kim olsa, həmin insana köməyimi əsirgəməyəcəyəm. Ancaq artıq bundan daha yüksək layihələri həyata keçirmək niyyətindəyəm. Yavaş-yavaş həmin layihələri də həyata keçirəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR