Bank Of Baku

Belarusu “Eurovision-2009”-da təmsil etməyə namizəd olaq Günəş Abbasovaya mahnısını dəyişmək tövsiyə olunub

Belarusu “Eurovision-2009”-da təmsil etməyə namizəd olaq Günəş Abbasovaya mahnısını dəyişmək tövsiyə olunub
# 16 dekabr 2008 10:59 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Eurovision-2009” mahnı müsabiqəsində Belarusu təmsil etmək uğrunda yarışan namizədlərdən biri, həmyerlimiz Günəş Abbasovaya mahnısını dəyişmək məsləhət görülüb. APA-nın BELTA-ya istinadən verdiyi məlumata görə, müğənni bildirib ki, peşəkarların fikrincə, onun seçim turunda - “EuroFest” musiqi layihəsində ifa etdiyi mahnı tələblərə cavab vermir.

“Mən eşitmişəm ki, “EuroFest” layihəsinin rəhbəri deyib ki, “Eurovision”da qələbə qazanmaq üçün 3 amil lazımdır: mahnı, şou və təmiz ifa. Mənim mahnımda bunun hamısı var” deyən G. Abbasova bununla belə, professionalların məsləhətinə qulaq asmağa hazır olduğunu qeyd edib: “Uğur qazanmaq üçün peşəkar məsləhətlərinə qulaq asmağa hazıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR