Flora Kərimovanın qohumu Faiq Ağayevi döyüb - YENİLƏNİB
F. Ağayev APA-ya açıqlamasında münaqişənin baş verdiyini təsdiqləyib: “Yeni il çəkilişlərindən çıxanda dəhlizdə Əli Mirəliyevlə rastlaşdım. Mənim adımı bir ildir, harada, necə gəldi hallandırmasını ona irad tutdum. Əli Mirəliyev isə mənə söyüş söydü, cavabında da aldı. Mən əsəbi halda ona xəbərdarlıq elədim ki, bir daha mənim barəmdə heç yerdə danışmasın. Bu məqamda bizə yaxınlaşan Flora Kərimova “O danışmayacaq, mən danışacağam. Vı çudovişe, vı isçadie ada” söylədi. Flora Kərimova bu sözləri hündürdən söylədiyinə görə, televiziyanın təhlükəsizlik xidməti elə bildi, dava düşüb, bizə yaxınlaşdı. Mən isə Flora Kərimovaya söylədim ki, nə danışacaqsınız mənim barəmdə, nə deyəcəksiniz? O da dedi ki, guya mən onun barəsində şayiələr, böhtanlar yayıram. Söylədim ki, Flora xanım, kim onu deyirsə, gətirin qoy mənim yanımda, Sizin hüzurunuzda onu bir daha təkrar eləsin. Flora Kərimova yenidən məni təhqir edib, söyüş söyəndə cavabını verdim, dedim ki, ağzının danışığını bilsin. Bu vaxt onun yanında olan ağ saçlı kişi mənə əl qaldırmaq istədi. Bu məqamda həm televiziyanın təhlükəsizlik xidmətinin əməkdaşları, həm də mənim işçilərim araya girdilər, kiminsə kimisə vurmasına imkan vermədirlər. Oradan çıxanda isə sadəcə, Flora Kərimovaya söylədim ki, ona elədiyim bütün yaxşılıqlar haramı olsun. Sonradan bildim ki, həmin şəxs Flora Kərimovanın bacısının həyat yoldaşıdır”.
F. Ağayev onu da bildirib ki, F. Kərimova haqqında heç vaxt xoşagəlməz açıqlamalar verməyib: “Bununla belə, həm Flora Kərimovanı, həm də Əli Mirəliyevi bağışlayıram. Çünki Əli Mirəliyev sənətkar deyil, sənətdə təsadüfü, nitqi qüsurlu bir insandır. O ki qaldı Flora Kərimovaya, o, ümumiyyətlə, acınacaqlı haldadır. Oğul dediyi oğulluğu və ərə gedən qızı artıq yanında deyil, tək qalıb. Üstəgəl bu yaxınlarda gözlərində çox uğursuz əməliyyat etdirib, böyük bir stress, gərginlik, psixi natarazlıq içindədir. Qocalıb, artıq emosiyalarını nəzarətdə saxlaya, hisslərinə hakim ola bilmir. Ona görə mən onu da bağışlayıram. Hər ikisinə “Allah amanında” söyləyirəm”.
Xalq artisti F. Kərimova isə APA-ya bildirib ki, Əli Mirəliyev Faiq Ağayevi deyil, Faiq Ağayev Əli Mirəliyevi söyüb: “Faiq deyir ki, guya Əli Mirəliyev onu söyüb. Amma o, yalan danışır. Mən bacımgildən qonaqlıqdan gəlirdim. Hələ televiziyanın pilləkənlərinə çatmamış söyüşləri eşitdim. Qalxdım yuxarı, gördüm ki, Faiq Ağayev Əli Mirəliyevin üstünə şığıyıb, cangüdənləri də onu divara sıxı, Əli isə dinmir. O, Əlini söyür, Əli də heç bir cavab vermir. Əli bircə onu deyirdi ki, sən mənə nə edə bilərsən ki? Bir də onu söyləyirdi ki, onun oxumağından xoşu gəlmir. Bu səhnəni görəndə, mən də illər ərzində Faiqdən yığdıqlarımı açdım”.
F. Kərimova onu da deyib ki, Faiq Ağayevin onun və qızının haqqında danışdıqlarından bezib: “Eşitmişəm, Faiq deyib ki, guya mən qızımı ona sırımaq istəmişəm, guya ona pul atmışam. Hətta onu da deyib ki, guya mənə görə ona xalq artisti adı vermirlərmiş. Bunları mən eşitmişəm. Faiq, vaxtında sən mənim qızımı almaq istəyirdin, bunu bütün şəhər danışırdı. Almaq istəyirdin ki, adını təmizə çıxarasan. Mən sənə adımı biabır edib, qız verərdim? Həmin gün ona dedim ki, mənim haqqımda belə sözlər danışıb. Pul söhbətini eşidəndən sonra bildirdi ki, gərək bunu onun özündən soruşardım”. Bir qədər də üstünə gedəndə isə bu sözləri dediyini etiraf etdi. Onu da deyim ki, Faiqlə Aygün Kazımova, Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva arasında konflikt olduğuna görə həmin vaxt onların heç birinə ilə xalq artisti adı vermirdilər”.
F. Kərimova Faiq Ağayevin döyüldüyünü də etiraf edib. F. Kərimova F. Ağayevin onunla birlikdə çəkilişə gələn bacısının həyat yoldaşı tərəfindən döyüldüyünü bildirib: “Mübahisə zamanı ona dedim ki, “Kim olduğunu bilə-bilə mən sənə qız verərdim? Tı petux”. O isə mənə “Siz də lezbiyankasınız” söylədi. Onun bu sözündən sonra bacımın həyat yoldaşı Faiqin ağzına iki yumruq vurdu. Bu zaman Faiqin cangüdəni arxaya keçərək, əlindəki çətiri bacımın həyat yoldaşının paltosuna dirədi. Mən araya girərək, “Nə edirsiniz?” dedim. Həmin cangüdən Faiqi vuran adamın mənim qohumum olduğunu biləndən sonra sakitləşdi, soruşdu ki, niyə Faiqi vurur? Bacımın yoldaşı isə dedi ki, “Mən onu vurmuram, ağzını yumuram, çünki o, qadının öz yanında ona iftira atır”. Axı, onun nə canı var ki? O başa düşmür ki, orada-burada xəlvəti kimisə söyməklə düzəlməyəcək. Axı sənin qüsurun var, ona görə də insanlarla normal danışmalısan. Başını aşağı sal, sakit yaşa, heç kim sənin yaşamağına mane olmur. Danışdıqlarına görə, sənin canını alarlar”.
Qeyd edək ki, qalmaqal baş verməsi ilə əlaqədar televiziyada Yeni İl şənliyinin çəkilişləri də dayandırılıb.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq