Bank Of Baku

Türkiyəli aktrisa Hülya Darcan: “Azərbaycan televiziyalarının serial çəkməməsi yaxşı hal deyil”

Türkiyəli aktrisa Hülya Darcan: “Azərbaycan televiziyalarının serial çəkməməsi yaxşı hal deyil”
# 17 dekabr 2008 12:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Ümumiyyətlə, mən müharibənin əleyhinəyəm. Bütün insanlar doğulur və ölür. Mənim fikrimcə, bütün millətlər bir olmalı, sülh və əmin-amanlıq içində yaşamalıdır. Burada ayrıca olaraq türk, Azərbaycan və erməni xalqlarını yox, bütün dünya xalqlarını nəzərdə tuturam. Düzdür, mənim siyasətlə heç bir əlaqəm yoxdur, ancaq bu sözləri deməyi özümə borc bildim”. APA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə olan Türkiyənin tanınmış aktrisası Hülya Darcan Türkiyədə erməni xalqından üzr istənilməsi ilə bağlı başlanan internet kampaniyası haqda sualları cavablandırarkən deyib. O, Bakıya ilk dəfə səfər etdiyini bildirib: “15 il əvvəl həyat yoldaşım Tanju Korel Bakıda olub və buranı çox sevib. Bakıdan qayıdarkən ondan təəssüratlarını soruşarkən Bakının kiçik, şirin bir şəhər olduğunu bildirdi. Ancaq mən indi gələndə buranın çox böyük və gözəl şəhər olduğunu gördüm”. H. Darcan deyib ki, Azərbaycan televiziyalarında serialların çəkilməməsi yaxşı hal deyil: “Mənə məlumdur ki, Azərbaycan televiziyaları çox az serial çəkirlər. Bu, yaxşı hal deyil. Düzdür, mən buranın televiziyalarının büdcəsindən xəbərdar deyiləm. Ancaq Azərbaycanda çox gözəl yaradıcı insanlar var və onları müxtəlif filmlərə çəkmək lazımdır”.

Qeyd edək ki, H. Darcan “Min bir gecə” serialında Şəhrizad rolunun ifaçısı Bərgüzar Korelin anasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR