Bank Of Baku

Azərbaycanda keçirilən “Karaoke” müsabiqəsinə ilin sonunda yekun vurulacaq

Azərbaycanda keçirilən “Karaoke” müsabiqəsinə ilin sonunda yekun vurulacaq
# 17 dekabr 2008 14:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 30-da Azərbaycanda keçirilən “Karaoke” müsabiqəsinə yekun vurulacaq. Müsabiqənin baş prodüseri Zaur Kamalın APA-ya verdiyi məlumata görə, “Karaoke” üzrə Milli Təşkilat Komitəsi bu günlərdə iclas keçirib və Dünya Çempionatı Təşkilat Komitəsinin tələblərinə uyğun olaraq müsabiqənin qaydalarında dəyişiklik edilməsi ilə bağlı protokol tərtib edib. Çempionatın həmsədrləri xalq artisti Yalçın Rzazadə, əməkdar artist Baba Vəziroğlu, eyni zamanda təşkilat komitəsinin üzvləri - aranjemançı Yaşar Baxış, dizayner-modelyer Səbinə Zülalova, “Stop” klubun direktoru Elçin Səmədov, “ŞFT” şirkətinin direktoru Fərhad Şabanov və Zaur Kamalın iştirakı ilə təşkilat məsələlərinə baxılıb və nominasiyaların sayının artırılması, çempionat medalları təsdiq olunub. Zaur Kamalın sözlərinə görə, müsabiqənin sonuncu turunda çempionat iştirakçılarına 12 nominasiya üzrə yarışmaq üçün azad seçim imkanı veriləcək. Protokola əsasən, nominasiyaların 6-dan 12-yə qaldırılması ilə əlaqədar pul prizləri ləğv olunub və yerdə qalan maliyyə vəsaiti əlavə 6 mükafatın hazırlanmasına sərf olunub. Müsabiqənin uğurlu sona çatması üçün adı çəkilən münsiflər heyətinin səy göstərdiyini deyən Z. Kamal hətta bununla bağlı Yalçın Rzazadənin yubiley tədbirini təxirə saldığını da deyib. Müsabiqə iştirakçıları “Ənənəvi Azərbaycan estadası”, “Populyar Azərbaycan estradası”, “Xarici estrada”, “Rus estradası”, “Akademik ifalar”, “Qrup ifaları” nominasiyaları uğrunda yarışacaqlar. Müsabiqədə lirik və rəqs janrları olmaqla hər nominasiya üzrə 2 qalib müəyyən ediləcək. Zaur Kamal müsabiqənin onluğunda liderlik edən iştirakçılar arasında Vadim Vakryaçko, Tahir Quliyev, Leyla Qədirova, Seva Məmmədova, Şamil Kərimov və Rövşən Əzizovun olduğunu da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR