Bank Of Baku

Faiq Ağayev üç günlük konsertini təxirə salıb

Faiq Ağayev üç günlük konsertini təxirə salıb
# 22 dekabr 2008 08:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Faiq Ağayevin Heydər Əliyev Sarayında dekabrın son günlərinə nəzərdə tutulan üç günlük solo-konserti təxirə salınıb. Bu barədə APA-ya məlumat verən Faiq Ağayev konsertin 2009-cu ilin fevral və ya mart aylarında keçiriləcəyini deyib. Xalq artistinin sözlərinə görə, konsert onun öz istəyi ilə təxirə salınıb. Sənətçi ad gününü də elə həmin konsertlərdə qeyd edəcəyini bildirib: “Dekabrın 29-da doğum günümdür. Ancaq ad günümü də gələn il elə konsertdə qeyd edəcəyəm. Konsert üçün bir sıra sürprizlər hazırlanıb, bir sıra yeniliklər olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR