Bank Of Baku

Tarkan ermənilərdən üzr istəmə kampaniyasında iştirakını qəti şəkildə təkzib edib

Tarkan ermənilərdən üzr istəmə kampaniyasında iştirakını qəti şəkildə təkzib edib
# 22 dekabr 2008 09:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “1915-ci ildə baş verən hadisələrə görə erməni xalqından üzr istəməyə dair kampaniyaya guya Tarkanın da qoşulması barədə deyilənlər sənətçini sevməyənlər tərəfindən ona qarşı həyata keçirilən növbəti təxribatdır. O, ümumiyyətlə siyasətə qarışmır və belə hadisələrə öz münasibətini bildirmir. Tarkan Avropa turnesində olduğu üçün başı konsertlərinə qarışıb və baş verən hadisələrdən xəbərsizdir”. Bu açıqlamanı APA-ya Tarkanın Bakı konsertinin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu verib. O bildirib ki, ötən gün yenidən Tarkanla əlaqə saxlayıb və bir daha bu addımın Tarkan tərəfindən atılmadığı öz təsdiqini tapıb: “Əslində bununla bağlı mənə zəng olunanda qəti şəkildə Tarkanın belə addım atmadığından əmin idim. Ancaq yenə də dəqiqləşdirmək üçün onun özü ilə əlaqə saxladım. Tarkan qəti surətdə bu faktı təkzib etdi. Hətta onu da bildirdi ki, o bu kampaniyada iştirak etməyi ağlından belə keçirməyib. O ermənilərin günahkar olduğunu bilir və bunu özü bir daha qeyd etdi. Həmin kampaniyada elə adlara rast gəlinir ki, onlar artıq vəfat ediblər. Bu ermənilərin özləri tərəfindən həyata keçirilən bir işdir”.

N. Emiloğlu onu da qeyd edib ki, dekabrın 30-da Heydər Əliyev Sarayında konsert verəcək meqa-star Tarkan, konsertdən bir gün əvvəl Bakıya gələcək: “Əgər Tarkan həqiqətən də bu imza kampaniyasında iştirak etsəydi, bu konserti keçirməkdən imtina edəcəkdik. Sezen Aksu ermənilərlə albom hazırladığı üçün onun konsertinin təşkilindən imtina etdik. Eyni hal hamı üçün keçərlidir və biz sənətçilər arasında fərq qoymuruq. Azərbaycana və Azərbaycan xalqına hörmət etməyənin Azərbaycana gəlişi qeyri-mümkündür”. Təşkilatçının sözlərinə görə, artıq Türkiyə mətbuatı da Tarkanın bu kampaniyada iştirak etmədiyini dəqiqləşdirib və bununla bağlı məlumatlar dərc ediblər.

Qeyd edək ki, Tarkanın Bakı konsertinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR