Bank Of Baku

Tarkanın Bakı konsertinin təşkilatçıları müğənnidən izahat istəyirlər

Tarkanın Bakı konsertinin təşkilatçıları müğənnidən izahat istəyirlər
# 22 dekabr 2008 14:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Tarkanın ermənilərdən üzr istəməsi xəbəri doğru olarsa, onunla əməkdaşlıqdan imtina edəcəyik”. APA-nın məlumatına görə, bu bəyanatla Tarkanın Bakı konsertinin sponsorları “Qarant Siğorta” şirkəti və “Bank of Azerbaijan” çıxış edib. “Qarant Siğorta” şirkəti və “Bank of Azerbaijan”ın rəsmi PR şirkəti olan "Synergy Partnership"dən APA-ya daxil olan bəyanatda bildirilib ki, konsertə sponsorluğuna “Səs Organization”un müraciətindən sonra razılıq verilib: “Yarandığı gündən mədəniyyət, təhsil, idman sahəsində müxtəlif layihələrə sponsorluq edən “Qarant Sığorta” və “Bank of Azerbaijan” olaraq biz bütün dünyada məşhur olan sənətkarın Bakıda konsertinin baş sponsorları olmağına razılıq verdik. Lakin konsertin afişaları yayıldıqdan sonra Türkiyə və Azərbaycan mətbuatında Tarkanın “Ermənilərdən üzr diləyirəm” kampaniyasına qoşulması barədə xəbərlər yayıldı. Biz konsertin təşkilatçısı olan “Səs Organization” şirkətindən və Tarkanın özündən bu xəbərlərə dair rəsmi izahat tələb etdik. Azərbaycan ərazisinin 20 faizini işğal etmiş, Xocalıda XX əsrin ən böyük cinayətlərindən birini törətmiş, bir milyondan artıq vətəndaşımızı öz doğma yurdundan didərgin salmış ermənilərdən “üzr istənilməsini” anlamırıq və qəbul etmirik. Biz, bu kampaniyanı təşəbbüskarlarını qınayırıq”. “Qarant Sığorta” Şirkəti və “Bank of Azerbaijan” verdiyi bəyanatın sonunda isə bildirilir ki, Tarkanın bu kampaniyaya qoşulması xəbəri təsdiqlənərsə, o zaman onun Bakı konsertinə sponsorluq imtina ediləcək və gələcəkdə də bu müğənni ilə əməkdaşlıq edilməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR