Bank Of Baku

Samir Bağırov 3 illik fasilədən sonra yenidən səhnəyə qayıdır

Samir Bağırov 3 illik fasilədən sonra yenidən səhnəyə qayıdır
# 24 dekabr 2008 12:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Uzun müddət yaradıcılıqdan ayrı düşən müğənni Samir Bağırov yeni klip çəkdirmək qərarına gəlib. Üç il fasilədən sonra bu qərarı verən Samir Bağırovun yeni klipi sənətçinin yaradıcılıq fəaliyyətinin 20 illiyinə həsr olunacaq. Klipin rejissoru Nail Naiboğlu APA-ya bildirib ki, klip sənətçinin ifa etdiyi “Əziz xatirə” mahnısına çəkiləcək. Rejissorun sözlərinə görə, klipin çəkilişlərinə yanvarın 5-də başlanılacaq: “Klipdə Samir Bağırovun səhnəyə gəldiyi ilk gündən bu günə kimi keçdiyi yol əks olunacaq, bunu əks etdirən fotosessiya yer alacaq. Klipdə çox az görünəcək Samir Bağırov isə pərəstişkarlarının qarşısına yeni görünüşdə çıxacaq. Samir Bağırovun sonuncu klipi üç il bundan əvvəl rejissor Ülviyyə Könül tərəfindən çəkilib. Yeni klip sənətçinin uzun fasilədən sonra pərəstişkarlarına hədiyyəsi olacaq”. Rejissor bildirib ki, sözügedən klip bu ilin avqustunda sənətçinin ad günü ərəfəsində hazırlanmalı idi. Ancaq bəzi səbəblərdən çəkilişlər yanvara saxlanılıb. Yanvarın sonlarında klipin təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur. N. Naiboğlu və Samir Bağırov daha bir klipin çəkilişi barədə razılığa gəliblər. Növbəti klip Samir Bağırovla Xatunun birgə ifa etdiyi duetə çəkiləcək: “Samir Bağırov söz verdi ki, bir daha itməyəcək və küsüb sənətdən getməyəcək. Onun yaradıcılığında yaşanan uzun fasilə isə özü tərəfindən verilmiş bir qərar idi. Samir Bağırov haqsızlıqlarla barışmadığı üçün sənətdən ayrılmışdı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR