Bank Of Baku

Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın səhhəti pisləşib

Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın səhhəti pisləşib
# 25 dekabr 2008 12:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın əməkdar artisti Aybəniz Haşımova əməliyyat oluna bilər. Müğənni APA-ya açıqlamasında deyib ki, 10 günə yaxındır, gəzməkdə çətinlik çəkir: “Sol ayağımla bağlı ciddi problemlər yaşayıram. Artıq neçə illərdir ki, mənim hər iki ayağımda tromblar var. Ancaq 10 günə yaxındır ki, heç gəzə bilmirəm. Heç bir müalicə kömək etmir. Həm də mənim bəzi dərmanlara qarşı allergiyam var. Yəni müalicə mümkünsüzdür. Həkimlər bildirdilər ki, artıq cərrahiyyə əməliyyatından başqa çıxış yolu yoxdur. Ancaq mən əməliyyatla bağlı qəti qərar verməmişəm. Sözün düzü, qorxuram”.

A. Haşımovanın sözlərinə görə, onun ayaqlarındakı problemlər yoldaşı vəfat edəndən sonra yaranıb: “Yoldaşımın “yeddisin”də pilləkəndən yıxıldım, həmin vaxt ayağım tutuldu. Ayağımı yerə basa bilmirdim. O vaxtdan bu problem yarandı. O zaman həkimə getmişdim, ancaq müalicə götürmədim. İndi evdən çıxa bilmərəm. Sol ayağımın vəziyyəti çox pisdir, ancaq sağ ayağım hələ yaxşıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR