Bank Of Baku

Azərin: “Türk əsgərləri qarşısında konsert proqramı ilə çıxış etmək ən böyük arzum idi”

Azərin: “Türk əsgərləri qarşısında konsert proqramı ilə çıxış etmək ən böyük arzum idi”
# 26 dekabr 2008 13:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın əməkdar artisti Azərin 2008-ci yaradıcılıq ilinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən müğənninin prodüseri Cavid Abidov il ərzində gördükləri işlərdən danışıb. O, 2008-ci ildə Azərbaycanın bir sıra bölgələrindəki hərbi hissələrdə əsgərlər qarşısında konsert proqramı təşkil etdiklərini deyib. Azərin isə bu ilin dekabrında Türkiyədəki əsgərlər qarşısında verdiyi konsertindən söz açıb. Onun sözlərinə görə, 4-6 kasetdən ibarət olan konsert proqramı 1,5 saatlıq sənədli film kimi montaj olunub. Gələcəkdə bu veriliş yerli telekanallardan birində nümayiş olunacaq.

Müğənni bu konserti həyatının ən böyük işi adlandırıb: “Bu konsert mənim ən böyük arzum idi, onu reallaşdırdım. Mən Allahın sevimli bəndələrindənəm, çünki bütün arzularım mütləq çin olur”. Gələcək planlarından söz açan müğənni, “Çırpınırdı Qara dəniz” əsərinin klipinin yaxın zamanlarda Türkiyə və Azərbaycanın telekanallarında yayımlanacağını söyləyib. Tədbirdə Türkiyənin bir neçə bölgəsində əsgərlər qarşısında keçirilən konsertdən fraqmentlər nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR