Bank Of Baku

İlhamə Quliyeva ilə Sərxan Kərəmoğlu arasındakı məhkəmə prosesi yenə təxirə salınıb

İlhamə Quliyeva ilə Sərxan Kərəmoğlu arasındakı məhkəmə prosesi yenə təxirə salınıb
# 27 dekabr 2008 08:21 (UTC +04:00)
Bakı.Ülkər Qasəmova-APA. Azərbaycanın və Dağıstanın xalq artisti İlhamə Quliyevanın Sərxan Quliyevə (Kərəmoğlu) qarşı qaldırdığı iddia əsasında keçirilən hazırlıq iclasında qarşı tərəf iştirak etməyib. İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli APA-ya deyib ki, İ.Quliyeva S.Kərəmoğlunun Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət edib. Bu iddia ilə bağlı keçirilən ikinci hazırlıq iclasında da S. Kərəmoğlu iştirak etməyib.

F. Ələkbərli bildirib ki, işə hakim Raqif Qurbanovun sədrliyi ilə baxılır. Növbəti iclas 2009-cu ilin yanvarın 6-a təyin olunub.

Mətbuat katibi onu da qeyd edib ki, gələn hazırlıq iclası qarşı tərəfin iştirakından asılı olub-olmayaraq keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR