Bank Of Baku

Tarkan: “Yaxın Şərqdə müharibələr bitməli, uşaqlar ölməməlidir”

Tarkan: “Yaxın Şərqdə müharibələr bitməli, uşaqlar ölməməlidir”
# 29 dekabr 2008 16:00 (UTC +04:00)
İstanbul-APA. “Yaxın Şərqdə sülhün bərqərar olmasını arzulayıram. Artıq bu müharibələr, münaqişələr bitməlidir. İnsanlar, uşaqlar ölmələlidir”. APA-nın “Cihan”a istinadən yaydığı məlumata görə, bu fikirləri Türkiyənin məşhur pop sənətçisi Tarkan İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyata münasibət bildirərkən deyib. Azərbaycana gələn Tarkan Atatürk hava limanında jurnalistlərə verdiyi açıqlamada 2009-cu ilin hər kəs üçün sülh və sabitlik ili olmasını arzuladığını deyib: “Arzu edirəm ki, Türkiyə qarşıdan gələn ildə böhrandan çıxaraq bol qazanclı, sabit günlərə çıxsın.Fələstində baş verənləri qəzetlərdən izləyirəm. Mən həmişə sülhə tərəfdar bir şəxs olmuşam. Həmişə bununla bağlı mesajlar vermişəm. Ona görə da baş verən hadisələrdən kədərlənirəm. Bu qədər insan ölür. Mən xüsusilə o bölgədə sülhün bərqərar olmasını arzulayıram. Müharibələr bitməli, uşaqlar ölməməlidir”. Gələn il yeni musiqi albomu çıxaracağını deyən Tarkan 2009-cu ilin yaradıcılıq baxımından uğurlu il olacağına ümidvar olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR