Bank Of Baku

Adil Kərimli: “Günəş Abbasova eyni zamanda həm Belarus, həm də Azərbaycanda keçirilən seçim turlarında iştirak edə bilməz”

Adil Kərimli: “Günəş Abbasova eyni zamanda həm Belarus, həm də Azərbaycanda keçirilən seçim turlarında iştirak edə bilməz”
# 05 yanvar 2009 11:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Belarusda yaşayan azərbaycanlı müğənni Günəş Abbasovanın eyni zamanda iki ölkədən təmsilçiliyini irəli sürməsi mümkün deyil”. Bu açıqlamanı APA-ya “Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli verib. Onun sözlərinə görə, Günəş Abbasova həm Belarusda, həm də Azərbaycanda keçirilən seçim turlarına qatıla bilməz: “Günəş Abbasovanın iki ölkə tərəfindən təmsilçiliyini irəli sürməsi mümkün olan şey deyil. Bununla bağlı bizdə hələlik dəqiq məlumat yoxdur. Əgər belə bir şey varsa, o avtomatik olaraq milli seçim turunda iştirak hüququnu itirəcək və seçimlərdə iştirak etməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR