Bank Of Baku

Demet Akalın yanvarın 30-da Bakıda konsert verəcək

Demet Akalın yanvarın 30-da Bakıda konsert verəcək
# 05 yanvar 2009 11:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Yanvarın sonunda türkiyəli sənətçi Demet Akalın Bakıya gələcək. Onun səfərində məqsəd Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış etməkdir. Konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya deyib ki, konsert yanvarın 30-da keçiriləcək. Sənətçi isə Bakıya konsertdən bir gün əvvəl, yəni yanvarın 29-da gələcək. Üç gün Bakıda qalacaq müğənni səfər çərçivəsində şəhəri də gəzmək arzusundadır. N. Emiloğlunun sözlərinə görə, Demet Akalın Bakıya öz musiqiçiləri ilə birgə gələcək və repertuarındakı mahnıları canlı orkestrin müşayiəti ilə ifa edəcək. Bir neçə gündən sonra konsertin reklamlarına başlanacağını bildirən təşkilatçı, biletlərin də satışına yaxın günlərdə start veriləcəyini qeyd edib. Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR