Bank Of Baku

Türkiyədə “Avrupa yakası” serialının çəkilişi dayandırılıb

Türkiyədə “Avrupa yakası” serialının çəkilişi dayandırılıb
# 07 yanvar 2009 14:36 (UTC +04:00)
İstanbul-APA. Türkiyənin ATV kanalı ilə yayımlanan “Avrupa yakası” serialının çəkilişləri dayandırılıb. APA-nın məlumatına görə, telekanalın ən bahalı layihəsi olan və Türkiyədə ən çox izlənən serial sayılan “Avrupa yakası”nın çəkilişlərinin dayandırılmasına səbəb maliyyə böhranıdır. Ümumdünya maliyyə böhranı Türkiyənin kino və televiziya sektoruna ciddi zərbə vurub, “Avrupa yakası”ndan əvvəl rekalm gəlirləri və izlənmə səviyyəsi çox yüksək olan “Yaprak dökümü”, “Min bir gecə”, “Kurtlar vadisi” kimi serialların da çəkilişləri dayandırılıb. “Avrupa yakası” serialının çəkilişlərinə hələlik iki ay fasilə verilib və bütün aktyorlar məzuniyyətə buraxılıb. Bu müddət ərzində ATV serialın əvvəlki seriyalarını yayımlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR