Bank Of Baku

Xərçəng xəstəliyinə tutulmuş aktyor Patrik Sueyzi: “Cəmi iki il ömrüm qalıb” - FOTO

Xərçəng xəstəliyinə tutulmuş aktyor Patrik Sueyzi: “Cəmi iki il ömrüm qalıb” - <font color=red>FOTO </font>
# 08 yanvar 2009 14:47 (UTC +04:00)
Kaliforniya-APA. Mədəaltı vəzin xərçəngi xəstəliyindən əziyyət çəkən məşhur Hollivud ulduzu Patrik Sueyzi cəmi 2 il ömrü qaldığını etiraf edib. APA-nın məlumatına görə, diaqnozu təsdiqləndikdən sonra ilk dəfə media qarşısına çıxan Patrik Sueyzi bildirib ki, ölüm hissi onu çox qorxudub və sanki cəhənnəmdə yaşayır. Yeni televiziya serialında çəkilişləri yekunlaşdıran aktyor qeyri-müəyyən vəziyyətdə olduğunu deyib: “Ölürəm? Təslim oluram? Yataqdayam? Yox, yox, yox. Bu xəstəliyini nə üçün məni tapdığın sualını hər gün özümə təkrar-təkrar verirəm. Bu xəstəliyin müalicəsi tapılana qədər ölməyəcəyimə ümid edirəm. Mən sağlam, uzun ömürlü və xərçəngsiz gələcək arzuları ilə yaşayıram. Lakin yaxşı anlayıram ki, bu, mümkün deyil”.

Qeyd edək ki, Patrik Sueyziyə xərçəng diaqnozu ötən ilin qışında qoyulub. O zaman həkimlər aktyorun cəmi 5 həftə ömrü qaldığını bildirirdilər. Lakin aktyor bu iddiaları rədd edərək xüsusi açıqlama yaymış və həkimlərin proqnozlarının doğru olmadığını bildirmişdi. Qeyd edək ki, mədəaltı vəzin xərçəngi ən qorxulu və müalicəyə tabe olunmayan şiş xəstəliklərindən sayılır. Bu xəstəliyə tutulanların yalnız 5 faizi 5 ilədək yaşaya bilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR