Bank Of Baku

İlhamə Quliyevanın Sərxan Kərəmoğluna qarşı qaldırdığı xüsusi iddia əsasında məhkəmə prosesi keçirilib

İlhamə Quliyevanın Sərxan Kərəmoğluna qarşı qaldırdığı xüsusi iddia əsasında məhkəmə prosesi keçirilib
# 08 yanvar 2009 16:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Yasamal rayon Məhkəməsində Azərbaycanın xalq artisti İlhamə Quliyevanın Sərxan Kərəmoğluna qarşı qaldırdığı xüsusi iddia əsasında məhkəmə prosesi keçirilib. Bu barədə APA-ya məlumat verən S. Kərəmoğlunun vəkili İlhamə Həsənova sözügedən iş üzrə iki dəfə məhkəmə prosesi keçirildiyinin, lakin cavabdeh tərəfin bundan xəbərsiz olduğunu bildirib. Məhkəmə prosesinin nə vaxt keçiriləcəyi barədə onlara heç bir məlumatın daxil olmadığını diqqətə çatdıran İ. Həsənova bu barədə bütün məlumatları mətbuatda izlədiklərini bildirib. İ. Həsənova həmçinin onlara qarşı irəli sürülən ittihamla tanış olmadığını və bu səbəbdən bu gün keçirilməsi nəzərdə tutulan prosesin yanvar ayının 19-dək təxirə salındığını söyləyib. Məhkəmədən sonra Sərxan Kərəmoğli iddiaçı İlhamə Quliyevanın hüquqlarını müdafiə edən vəkil Şəfiqə Nağıyevaya mətbuata yanlış informasiyalar ötürdüyünə görə narazılığını bildirib. Sərxan Kərəmoğlu mətbuata yalnış informasiyalar ötürülməsinin qarşısını almaq üçün hakim qarşısında vəsatət qaldırıb. İ. Həsənova deyib ki, Sərxan Kərəmoğlunun İlhamə Quliyevaya qarşı qaldırdığı məhkəmə işinə yanvarın 14-də baxılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR