Bank Of Baku

İlhamə Quliyeva: “Məhkəmədə Flora Kərimovaya qalib gələcəyimə şübhə ola bilməz”

İlhamə Quliyeva: “Məhkəmədə Flora Kərimovaya qalib gələcəyimə şübhə ola bilməz”
# 09 yanvar 2009 12:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti İlhamə Quliyeva xalq artisti Flora Kərimova ilə məhkəmə prosesində qalib gələcəyini bəyan edib. Bununla bağlı APA-ya açıqlama verən xalq artisti İlhamə Quliyeva xalq artisti Flora Kərimovaya artıq qalib gəldiyini də qeyd edib: “Mənim bu məhkəmədə qalib gələcəyimə heç şübhə də ola bilməz. İllərlə mənim ailəmi, nəslimi-kökümü təhqir edib, mənə qara yaxan, şər və böhtan atan, məni təhqir edən bir kəsin qarşısında mən qalibəm. Ayrı cür ola da bilməz. Bəli, mən artıq qalibəm və bu məhkəmədə bu işə son qoyacağam”. İ. Quliyeva Flora Kərimova ilə məhkəmə proseslərində iştirak etməyəcəyini də vurğulayıb: “Mən məhkəməyə getməyəcəm, çünki mən məhkəməlik xanım deyiləm. Məhkəmədə inandığım və güvəndiyim şəxslər iştirak edəcək. Bunun üçün mənim vəkilim var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR