Bank Of Baku

Fransanı “Eurovision-2009” müsabiqəsində Patrisiya Kaas təmsil edə bilər

Fransanı “Eurovision-2009” müsabiqəsində Patrisiya Kaas təmsil edə bilər
# 12 yanvar 2009 09:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Fransanın tanınmış müğənnisi Patrisiya Kaas bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində Fransanı təmsil edə bilər. APA-nın məlumatına görə, bu müğənninin müsabiqədə iştirakı hələ tam dəqiqləşməyib. Ancaq Fransa mətbuatının yazdığına görə, Patrisiya Kaasın bu müsabiqədə iştirakı istisna olunmur. Fransanın bu müsabiqənin seçimləri ilə məşğul olan kanal hələlik müsabiqədə iştirak edəcək təmsilçinin kim olacağını açıqlamayıb. Elə bu səbəbdən də builki müsabiqədə Fransanın Patrisiya Kaas və ya digər müğənni tərəfindən təmsil olunacağı rəsmən elan olunmayıb. Qeyd edək ki, məşhur müğənni altı dəfə dünya turnesinə çıxıb və 900-dən artıq konsert proqramı ilə çıxış edib. Müğənni ötən ilin martında Azərbaycanda da olub və Bakıda Azərbaycan Dövlət Filarmoniyasında konsert verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR