Bank Of Baku

Kamal Cenk İçten türkdilli ölkələrin musiqisini təbliğ edəcək TMB kanalının Azərbaycan təmsilçisi təyin olunub

Kamal Cenk İçten türkdilli ölkələrin musiqisini təbliğ edəcək TMB kanalının Azərbaycan təmsilçisi təyin olunub
# 13 yanvar 2009 09:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Azəri-star production”un rəhbəri Kamal Cenk İçten türkdilli ölkələrin musiqisini təbliğ edəcək Türk Müzik Birliyi (TMB) kanalının Azərbaycan üzrə təmsilçi təyin olunub. Bu barədə APA-ya açıqlama verən Kamal Ceng İçtenin sözlərinə görə TMB yanvarın son günlərində yayıma başlanacaq. Onun sözlərinə görə, ilk əvvəl TMB kliplər yayımlayacaq, daha sonra isə müxtəlif mövzularını əks edən televiziya proqramları da hazırlanacaq. Efirə veriləcək musiqilər arasında heç bir fərq qoyulmacağını, gənc ifaçıların, xalq musiqilərinin və tanınmış estrada müğənnilərinin Türk Müzik Birliyinin efirində yer alacağını bildirən İçten onu Azərbaycan üzrə 70-ə yaxın klipin yayımlanmasının planlaşdırıldığını deyib. Lakin kliplərini TMB-nin efirinə vermək istəyən sənətçilər bu həftənin sonuna qədər öz kliplərini Azərbaycan təmsilçiliyinə təqdim etməlidirlər: “Heç bir ifaçıya bu kanalda embarqo qoyulmayacaq və əsas önəm kliplərin keyfiyyətinə veriləcək. TMB Azərbaycan ərazisində peyk vasitəsi ilə yayımlanacaq, ancaq onun daha geniş formatda yayımlanması üçün də danışıqlar aparılacaq. İlkin olaraq əsasən estrada kliplərinə üstünlük verəcəyik, daha sonra isə xalq musiqisinə də önəm veriləcək”. Brilliant Dadaşovanın TMB-nin Azərbaycan təmsilçiliyində yer alacağı məsələsinə gəlincə, K.C.İçten deyib ki, bütün sənətçilərlə işbirliyi onun vasitəsi ilə qurulacaq.
Qeyd edək ki, artıq kanalın Qazaxıstan və Özbəkistan təmsilçilikləri ilə bağlı bütün işlər yekunlaşıb, Türkmənistanda isə işlər yaxın günlərdə yekunlaşacaq. TMB-nin sahibi Naim Buran Elçi kanalın açılması ilə əlaqədar ötən ay Azərbaycana səfər etmişdi. Xatırladaq ki, bu kanalda Türkiyə və Azərbaycan da daxil olmaqla 17 türk cümhuriyyətinin musiqi mədəniyyətinə dair nümunələr yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR