Bank Of Baku

Flora Kərimova: “Kağızda qalib olmaq, nüfuzda qalib olmaq demək deyil”

Flora Kərimova: “Kağızda qalib olmaq, nüfuzda qalib olmaq demək deyil”
# 13 yanvar 2009 13:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın xalq artisti Flora Kərimova xalq artisti İlhamə Quliyeva ilə aralarında yaşanan məhkəmə prosesində rəqibinə uğurlar arzulayıb. Xalq artisti Flora Kərimova APA-ya açıqlamasında bildirib ki, məhkəmədə kimin qalib, kim məğlub olacağını həyat və zaman göstərəcək: “Xeyirli olsun. Məhkəmədə kimin qalib və kimin məğlub olacağını həyat göstərəcək. İlhamə Quliyeva ilk əvvəl aldığı mükafatların onun nüfuzuna müsbət təsir edib-etmədiyini araşdırsın. O ki qaldı məhkəməyə, onu da ki, zaman göstərər. Mən ömrüm boyu bu haqda əvvəlcədən qalib gələcəyini bəyan edənlərə gülmüşəm. Hətta idmançılar yarışdan əvvəl qalib gələcəyini deyəndə ürəyimdə gülmüşəm. “Mən qalibəm və qalib gələcəyəm” və bu tipdə açıqlamaları düşünülməmiş açıqlamalar sayıram. Gərdişi dövranın hansı axarla getdiyini Tanrıdan başqa heç kəs bilə bilməz”. Flora Kərimova açıqlamasının sonunda İ. Quliyevaya bir mesaj da göndərib: “Kağızda qalib olmaq, nüfuzda qalib olmaq demək deyil”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR