Bank Of Baku

Latviya “Eurovision”da iştirakını bərpa edib

Latviya “Eurovision”da iştirakını bərpa edib
# 15 yanvar 2009 15:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı yarışmasında maliyyə çatışmazlığı üzündən iştirakdan imtina edən Latviya bu gün müsabiqədə iştirakını bərpa edib. APA-nın məlumatına görə, Slovakiya da builki müsabiqədə 10 il fasilədən sonra yenidən iştirak etmək qərarına gəlib. Avropa Yayımları Birliyinin qərarına əsasən, “Eurovision-2009” müsabiqəsində ümumilikdə 43 ölkə iştirak etmək hüququ qazanıb. Həmin ölkələr arasında Azərbaycan da var. Builki müsabiqədə Azərbaycan təmsilçiləri Albaniya, Andorra, Ermənistan, Böyük Britaniya, Belarus, Belçika, Bosniya və Herseqovina , Bolqarıstan, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Makedoniya, Gürcüstan, Macarıstan, Yunanıstan, İslandiya, İspaniya, İrlandiya, İsrail, Latviya, Litva, Malta, Moldova, Çernoqoriya, Hollandiya, Almaniya, Norveç, Polşa, Portuqaliya, Rusiya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Fransa, İsveç, İsveçrə, Türkiyə və Ukrayna təmsilçiləri ilə yarışacaqlar.

Rusiyanın paytaxtı Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsinin yarımfinalları mayın 12-də və 14-də , finalı isə mayın 16-da keçiriləcək. Hər yarımfinalda 19 iştirakçı öz mahnısı ilə çıxış edəcək və hər yarımfinaldan on finalçı finala vəsiqə qazanacaq. Mayın 16-da keçiriləcək final müsabiqəsinə 20 iştirakçı yarımfinaldan vəsiqə qazanacaq, 4 iştirakçı isə finala birbaşa qatılacaq. Belə ki, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və yarışmanın ötən ilki qalibi Rusiya müsabiqəyə birbaşa qatılacaq. Yarımfinallarda iştirak edəcək ölkələrin sırası isə müsabiqədən əvvəl keçiriləcək püşkatmada məlum olacaq.

Xatırladaq ki, Azərbaycan ötən ildən “Eurovision” müsabiqəsində təmsil olunur. Ötən il müsabiqədə 42 ölkə təmsil edilmişdi. Azərbaycanı bu müsabiqədə təmsil edən Elnur Hüseynov və Samir Cavadzadə isə “Day after day” mahnısı ilə 42 ölkə arasında 8-ci yeri qazanmışdılar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR