Bank Of Baku

Rəmiş: “Səhhətimin pisləşməsi barədə yalan məlumat yazanları məhkəməyə verəcəyəm”

Rəmiş: “Səhhətimin pisləşməsi barədə yalan məlumat yazanları məhkəməyə verəcəyəm”
# 16 yanvar 2009 08:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Səhhətimdə problemlərin yaranması barədə yazılanlar əsassızdır. Mən özümü olduqca yaxşı hiss edirəm və hazırda sükan arxasında avtomobil idarə edirəm. Səhhətində problem olan insan sükan arxasında əyləşə bilərmi?”. Bu yalan informasiyaları haradan çıxardıqlarını bilmirəm, yəqin, yatıb yuxuda görürlər”. Bu açıqlamanı APA-ya Azərbaycanın əməkdar artisti, gitara ifaçısı Rəmiş verib. Bu gün mətbuatda onun səhhətində problemlərin yaranması barədə yazılan məlumatlara münasibət bildirən sənətçi bu xəbərlərdən çox əsəbiləşdiyini vurğulayıb: “Səhhətimlə bağlı yalan məlumatlar yazan mətbuat orqanını məhkəməyə verəcəyəm. Hazırda Binəqədi rayon məhkəməsinə gedirəm və ərizə ilə müraciət edəcəyəm. Bu dərəcədə də yalan informasiya yazmaq olar? Həmin qəzetdən heç kəs bizimlə əlaqə saxlamayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR