Bank Of Baku

TRT-nin “Sən türkünü söylə” mahnı müsabiqəsində Azərbaycanı Sevda Bəxtiyarova təmsil edəcək

TRT-nin “Sən türkünü söylə” mahnı müsabiqəsində Azərbaycanı Sevda Bəxtiyarova təmsil edəcək
# 16 yanvar 2009 15:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Yanvarın 17-də Türkiyənin TRT-1 telekanalında “Sən türkünü söylə” mahnı müsabiqəsinə start veriləcək. Azərbaycanı bu müsabiqədə xalq artisti Arif Babayevin tələbəsi olmuş Milli Konservatoriyanın məzunu Sevda Bəxtiyarova təmsil edəcək. S. Bəxtiyarova APA-ya açıqlamasında müsabiqənin ilk günündə Cahangir Cahangirovun “Ay qız” mahnısını ifa edəcəyini bildirib. Müsabiqədə uğur qazanacağına ümid edən S. Bəxtiyarova sənət müəllimi Arif Babayevdən xeyir-dua aldığını söyləyib. O, Azərbaycandan dəstək gözlədiyini də dilə gətirib.

Qeyd edək ki, Azərbaycan təmsilçisinin SMS nömrəsi 104-dür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR