Bank Of Baku

Xatirə İslam solo-konsert verəcək

Xatirə İslam solo-konsert verəcək
# 17 yanvar 2009 12:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Müğənni Xatirə İslam yanvarın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solo konsret proqramı ilə çıxış edəcək. Bu barədə APA-ya məlumat verən sənətçinin prodüseri Xəyalə Şirinova deyib ki, konsertdə müğənninin ifasında muğamlar, xalq və bəstəkar mahnıları səslənəcək. “Aylı gecə” adı altında gerçəkləşəcək konsert iki saata yaxın davam edəcək. Konsert boyu sənətçi ancaq bir geyimdə səhnəyə çıxacaq. Konsertin adına uyğun hazırlanacaq geyimin müəllifi modelyer Zemfira Qurbanovadır. Hazırda ciddi hazırlıq işlərinin getdiyini bildirən prodüser konsertdə Xatirə İslamı öz musiqiçilərinin müşayiət edəcəyini söyləyib. Sənətçinin istəyi ilə biletlərin qiyməti 15-30 manat arasında müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR