İlhamə Quliyeva: “Mədəniyyət telekanalına rəhbərlik etsəydim, müğənnilərin 90 faizinin efirə çıxmasına qadağa qoyardım” - MÜSAHİBƏ - FOTOSESSİYA
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan və Dağıstanın xalq artisti İlhamə Quliyevanın APA-ya eksklüziv müsahibəsi
- Sərxan Quliyevlə məhkəmə prosesinin nəticəsi Sizi qane edirmi?
- Əlbəttə, çox qane etdi, məhkəmənin nəticəsindən çox razıyam. Ona görə razıyam ki, bu məhkəmənin özülünü Sərxanın ricası ilə kimlərsə qoymuşdu. Sərxan bu işi fitva ilə görüb, o mənim mətbuat katibimlə söhbətində də bunu etiraf edib. Əsas məsələ odur ki, məhkəmə ilə bağlı Sərxan Kərəmoğlu mənə qarşı hücuma keçmişdi və mənim ondan üzr istəməyimi, müəyyən miqdarda pul ödəməyimi tələb edirdi. İnsanlar məhkəmə prosesində lazımi qədər müdafiə olunmalıdır və mən də vəkilim tərəfindən kifayət qədər müdafiə olunmuşam. Hesab edirəm ki, bu, mənim qələbəmdir. Sərxan Kərəmoğlunun arzusu o idi ki, mən ondan üzr istəyim. Sərxanın arzusu ürəyində qaldı.
- Nəticənin bu cür olması Sizin haqsız olduğunuzu göstərir, yoxsa gücsüz?
- Axı mən bildirdim ki, mən qalibəm və qələbə çalmışam. Nəticənin bu cür olması sadəcə barışıq məqsədi daşıyırdı. Ancaq barışıq ömrü boyu ola bilməz. Sərxan Kərəmoğluna qarşı biz də iddia qaldırmışıq. Məndə mənim, ailəmin, vəzifəli şəxslərin və dövlətin şərəf və ləyaqətə toxunulacaq ifadələrin yer aldığı lent yazıları var. O mənə çox böhtan atıb. Mən hesab edirəm ki, bu məhkəməni mən qazanmışam. Çünki birinci məni məhkəməyə verən Sərxan olub və mən də qarşılıqlı iddia qaldırmışam.
- Əgər məhkəmə Sərxanın lehinə başa çatsaydı, Siz ondan üzr istəməyə hazır idinizmi?
- Ac toyuq yuxusunda darı görən kimi Sərxan Kərəmoğlu da bunu ancaq yuxusunda görə bilərdi. Məndə sübutlar, dəlillər var və belə bir qərar çıxa bilməzdi. Qanun var və mən heç bir günahımın olmadığını bilirəm. Qalmaqalın özülünü qoyan Sərxan olub və bunu da özbaşına etməyib. O mənim çörəyimi yeyən, süfrəmin başında oturan adam idi, amma fitvaya gedib.
- Kimin fitvasına?
- O özü də, xəbəri olanlar da çox gözəl bilir. Kimlərinsə adını çəkmək onlar üçün böyük şərəf olar və mən bu şərəfi kimlərəsə vermək istəmirəm. Sərxan hazırda çox peşmandır və bir neçə gün bundan öncə mənim mətbuat katibimə zəng vurub və çox peşman olduğunu bildirib. Sərxanı heç zaman bağışlamayacağam, ancaq onun həyat yoldaşına çox böyük hörmətim var. Dəfələrlə bir-birimizin çörəyini yemişik, mən həmişə onun həyat yoldaşına və övladlarına dayaq durmağa hazıram. Ancaq Sərxan Kərəmoğlu cəzasını almalıdır, bundan başqaları da dərs almalıdır ki, başlarından böyük işlər görməsinlər. Sərxan Kərəmoğlu bilməli idi ki, tonlarla bir-birinin çörəyini yeyən insanlar bir-birinə xəyanət etməməlidir. Sərxan məni onunla bağlı hansısa idarəyə müraciət etməkdə ittiham edir. Mən ona görə şikayət etdim ki, o bəziləri ilə birlikdə mətbuat konfransı təşkil edib və orada mənim əleyhimə fikirlər, böhtanlar, nalayiq sözlər söyləyiblər. Mən onlara cavab vermədikcə şər və böhtanların sayını artırdılar. Mən onunla heç bir polemikaya girmədim, heç bir proqramda onun əleyhinə fikir söyləmədim və bu işi qanuna tapşırdım. Normal insan bu cür hərəkət etməlidir.
- Dediniz ki, Sizə qarşı çıxan insanlara öz cəzanızı tətbiq edirsiniz. İlhamə Quliyevanın tətbiq etdiyi cəza nədən ibarətdir?
- Allah məni mən insanlara yaxşılıq etmək üçün yaradıb. Çörəyini itirən, çörəyi dizinin üstündə olan insanları həyatımdan pozuram. Mən onların üstündən ömürlük xətt çəkirəm. Mənim kimi sadiq dostu, dayağı itirmək böyük cəzadır. Bundan böyük cəza olar? İlhamə gestapo deyil ki? Çoxları soruşur ki, niyə bir çox insanlar sizdən qorxur? Bu qorxu deyil, sadəcə böyük hörmətdir. İnsan hörmət etdiyi kəsdən çəkinər. Əgər məndən qorxurlarsa, deməli mənim xətrimi çox istəyirlər. Bizim indi dost itirən vaxtımız deyil. Şəxsən həyatımın elə mərhələsidir ki, qazandığım dostları qoruyub saxlamalıyam. Heç kəsi çox yaxına da buraxmaq olmaz, subordinasiya mütləq lazımdır. Mən həyatım boyu qazandığım nüfuzu itirməmək üçün yaşayıram. Məni sevən insanları təəssüfləndirməmək üçün, onların sevgilərini puç etməmək üçün yaşayıram. Mənim heç kiminlə qalmaqalım yoxdur və heç kimlə də küsülü deyiləm. Kimdənsə zərrə qədər incikliyim olursa, kiminsə hərəkəti xoşuma gəlmirsə, mən sadəcə o insanlardan uzaqlaşıram.
- Milli-mənəvi dəyərlərin qorunması ilə bağlı bir qrup müğənni təşəbbüs qrupu yaradıb. Buna münasibətiniz necədir?
- Bu işin möhürünü özüm vurmuşam. Şou-biznesi tənzimləməkdən, yoluna qoymaqdan ötrü bunu etmək lazımdır. Bu gün incə sözündən əmələ gələn incəsənət, mədəniyyət aləmində mədəniyyətdən əsər-əlamət yoxdur. Bu, faciədir. Bu dəhşətə, bu faciəyə bir təbib lazımdır ki, Azərbaycanın mədəniyyətini, incəsənətini uçurumdan saxlasın. Həmin yaradılacaq quruma böyük incəsənət xadimləri, alimlər, filosoflar, mədəniyyətə sözün əsil mənasında xidmət insanlar cəlb olunmalı, bu qurum Azərbaycan televiziya və radiolarının fəaliyyətini tənzimləməli, bu xaosu, nizamsızlığı aradan qaldırmalıdır. İllərlə özünə damla-damla nüfuz, hörmət qazanan sənətkarlara ləkə yaxmağa heç kimin ixtiyarı yoxdur, amma bir çoxları buna cəhd edir. Əgər o qurum bir dəfə həmin insanları cəzalandırsa, bu, başqaları üçün də dərs olar. Bu işlər həyata keçirilmədiyi üçün tərbiyəsizlik baş alıb gedir. Mən artıq sponsor sözündən iyrənirəm, sponsor adı gələndə tüküm ürpəşir. Bu gün sponsorlar lazımsız işlərə pul xərcləyirlər. Lazımi işə gəldikdə isə sponsor tapmırsan. Villalar, avtomobillər almaq, onları sənədləşdirmək üçün nə qədər pul tökmək olar? Səhəri gün sponsor dəyişir və əvvəlki sponsor verdiyi villaları, avtomobilləri müğənninin əlindən alır. Bəziləri də var ki, hədə-qorxu gəlir ki, mənim arxamda filan nazir durub, mənimlə ehtiyatlı davranın. Hələ açıqlamıram, ancaq bir az da yollarını azsalar, özlərini düzəltməsələr, bütün bunların hamısını açıqlayacağam.
- Mədəniyyət kanalı yaratmaq və belə bir kanala rəhbərlik etmək üçün harasa müraciət etmək fikrindəsinizmi?
- Yox, müraciət etməmişəm. Əslində müvafiq orqanlar özləri mənim kimi insanlardan xahiş etməlidir ki, gəl kanal yaradaq və sən də orada rəhbər ol. Mən kiməsə yalvarmalı deyiləm, məndən xahiş etməlidirlər. Əslində bu kanal çoxdan yaranmalı idi. İş işdən keçəndən sonra gec olur. Gərək bu günə kimi belə kanal yaranaydı ki, bu günlərə gəlib çıxmayaydıq. Qadın bir az sinəsini də, qolunu da aça bilər, ancaq daha o demək deyil ki, hamama, saunaya gedən kimi səhnəyə çıxasan. Səhnə məgər hamam, saunadır? Hər şeyin də bir dərəcəsi olmalıdır. Deyəndə də olursan pis...
- Mədəniyyət kanalına rəhbərlik etsəydiniz, kimlərə efirə çıxmağa qadağa qoyardınız?
- Müğənnilərin 90 faizinə efirə çıxmağa qadağa qoyardım. Yalnız 10 faizini ancaq incəsənətə incə qulluq edən şəxslər olduğu üçün efirə buraxardım...
- Flora Kərimova ilə Sizin aranızda gedən məhkəmə çəkişməsində əminliklə qalib gələcəyinizi açıqladınız...
- Çünki adını çəkdiyiniz şəxs 30 ildir ünvanıma çoxlu sayda şər, böhtan, təhqirlər yağdırır. Onun hətta dünyasını dəyişən valideynlərimin ruhuna toxunan sözləri də olub. Çox susmuşam, axırda səbir kasam doldu. Bu susmağın bir nəticəsi olmalı idi. Bir dəfə böyük insan mənə demişdi ki “Birdən çaşarsan, onun yazdıqlarına, pozduqlarına cavab verərsən, qətiyyən bu fikrə düşmə. Çünki sənin hesabına kimsə özünə reklam istəyir”. Mən də uzun müddət buna əməl etdim, ancaq artıq bunun vaxtı yetişib. Çünki bu məhkəmə məsələlərində, bütün bu söz-söhbətlərdə onun əli var.
- Bu məsələ ilə bağlı ilk olaraq məhkəməyə Siz üz tutdunuz. Səbir kasanızı hansı söz doldurdu?
- İnsana nə qədər şər, böhtan atarlar, nə qədər adamı rahat buraxmazlar. Nə istəyirsən balam, de alıb göndərim... Elə Sərxan Kərəmoğlunun məhkəməsi də onunla bağlı idi. Bu prosesi qızışdıran da, mətbuat konfransında Sərxan Kərəmoğlunu mənim əleyhimə söz danışmağa məcbur edən də odur. Hər halda bu məhkəmədə də qələbə çalacağam. Kim mənim qarşımda at oynatmaq istəyir onların məhkəməsini Allah özü verir. Ancaq ki, onların atı yoxdur ki, at oynatsınlar, onlar hələ uzunqulaqla əlləşirlər, atın üstündə olan mənəm.
- Deyirsiniz ki, Flora Kərimova illərlə Sizin ünvanınıza təhqirlər səsləndirib. Bəs Siz onun ünvanına heç zaman heç bir söz deməmisiniz?
- İnanın mənə yox, heç vaxt. Bir dəfə də adını da dilimə gətirməmişəm. Ünvanıma deyilənlərə ümumi cavab verə bilərəm, o da jurnalistin sualından sonra, amma durub özüm şəxsən bu mövzuda polemikaya çıxım, böyük bir dastan açım, qalmaqal yaradım - mən bunu heç vaxt eləmirəm.
- İlhamə xanım, “əsrin qalmaqalı” adlanan bu münaqişənin əsası nə zaman və nə səbəbə qoyulub?
- Mənə də onu açıqlayan olsaydı, bunun səbəbini bilib rahat olardım. Bəlkə mənim uğurlarımdan, titullarımdan irəli gəlir. Səbəbini bilmirəm. Bunu ancaq qısqanclıqla bağlayıram, başqa söhbət ola da bilməz. Mənim heç zaman savaşım olmayıb. Hər zaman mən belə adamlarla məsafə saxlamışam.
- Müasirləriniz olan sənətçilərlə münasibətləriniz necə olub və hazırda necədir? Məsələn, Zeynəb Xanlarova, Natəvan Şeyxova, Elmira Rəhimli...
- Adlarını sadaladığınız bu üç sənətkara çox böyük hörmətim var. Biz orta nəsilik. Böyük nəsil Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Sara Qədimovadır. Hər zaman bir-birimizin hörmətini saxlamışıq. Biz bir-birimizi heç zaman ləkələməmişik, şər atmamışıq, savaşmamışıq. Həmin sənətkarlara indi də münasibətim çox yaxşıdır.
- Sonuncu dəfə Zeynəb xanımla nə zaman görüşmüsünüz? Sizi Zeynəb xanımın konsertində görmədik...
- Zeynəb Xanlarova ilə hər çox gözəl münasibətlərimiz olub, inşallah, ömrümün sonuna kimi də belə olacaq. Zeynəb xanım mənim valideynlərimdən mənə yadigardır, onlar birgə çox çalışıblar. Həbib müəllimlə Zeynəb xanım dünyanın bir çox ölkələrində qastrollarda olublar. Zeynəb xanımın bizim ailədə hər zaman böyük yeri və nüfuzu olub. Bizim zəmanəmizdə belə şeylər yox idi. İndi bunların hamısı çox ucuzlaşıb, dırnaqarası rahatlaşıb. Zeynəb xanımın konsertinə gedə bilmədim, çünki Almaniyada idim. Sonuncu dəfə keçən yay bağda görüşmüşük.
- Bu siyahını bir az da genişləndirək. Nisə Qasımova və Brilliant Dadaşovaya münasibətiniz necədir?
- Həm özlərinə, həm də sənətlərinə çox böyük hörmətim var.
- Bəs Flora Kərimovaya?
- Bu sualı eşitmədim...
- Siyasətlə məşğul olan qadınlara münasibətiniz necədir? Sizin özünüzün siyasətlə məşğul olmaq istəyiniz varmı?
- Mənim sənətim başdan-ayağa bir siyasətdir. Mən Dünya Azərbaycanları Konqresinin Mədəniyyət Akademiyasının prezidenti seçilmişəmsə, dünyada Azərbaycan musiqisini tanıdıramsa, bu da mənim sənətimin siyasətidir. Sözün həqiqi mənasında əsil sənətkarın sənəti özü böyük siyasətdir. Siyasətlə məşğul olmasam da, müəyyən bağlılığım var. 15 ildir Yeni Azərbaycan Partiyasının üzvüyəm. Siyasi nöqteyi-nəzərindən gözəl təkliflər irəli sürürəm və bu təkliflər də öz yerini tapır. Bu da cüzi siyasətimdir. Ümumilikdə siyasətlə məşğul olan, düzgün siyasət aparan qadınlara münasibətim çox yaxşıdır.
- Lalə Şövkətin siyasətini bəyənirsiniz?
- Mən Lalə xanımı uşaqlığımdan bəri tanıyıram, uzun illərdir ki, onu görmürəm. Münasibətim də normaldır, çünki həyatda hər bir kəsin öz şəxsi mövqeyi və fikri ola bilər.
- Son zamanlar Sizin ifanızda yeni mahnılar da eşitmirik...
- Anamın il mərasiminə çox az vaxt qalıb. Bu ili yas ili kimi keçirmişəm. Ona görə də bir çox proqramlarda iştirakdan çəkinmişəm. Ancaq istisna olaraq prezident seçkiləri ərəfəsində mən təbliğat kampaniyası ilə bağlı keçirilən konsertlərdə iştirak etmişəm. Çünki mən bu tədbirlərdə iştirak etməyə bilməzdim. Xoşbəxtəm ki, sənətdə susmağıma baxmayaraq, ürəyimdə olan bütün arzularım həyatda öz yerini alır.
- Ruhi ilə də duet oxuyacağınızı dediniz. Onun ifa tərzi, səsi Sizi qane edirmi?
- Ruhinin çox balaca səsi olsa da, onun səs tembri mənim xoşuma gəlir. Əslində mən onun tərbiyəsinə, mədəniyyətinə çox böyük hörmət edirəm. Ruhiyə hörmətim çox böyükdür. Sadəcə olaraq Ruhi bu günə kimi öz səsinə uyğun mahnılar tapmayıb. Ancaq mən onun stilinə uyğun mahnılar tapmağa kömək edəcəyəm. Ruhi ilə duet oxumağı istəyirəm.
- Konsert verməyi planlaşdırırsınızmı?
- Tükəzban xanımın ili çıxandan sonra yayda hesabat konserti vermək fikrindəyəm. Üç günlük konsert planlaşdırıram. Bir gününü anama, ikinci günü dövlət başçısına, üçüncü günü öz yaradıcılığıma həsr edəcəyim hesabat konserti verəcəyəm.
- Tükəzban İsmayılovanın 85 yaşı tamam oldu. Onun yubileyinin dövlət səviyyəsində keçirilməsi təşəbbüsü ilə çıxış etmək fikrindəsinizmi?
- Tükəzban xanımın 85 yaşı “Space” televiziyasında qeyd olundu. Sözün düzü, mən onun yubileyinin keçirilməsini istəmirəm. Mən onun hər doğum gününü özüm qeyd edirəm. Mən onun doğum gününü sağlığında hər zaman qeyd edirdim. Ancaq rəsmi olaraq dövlətə müraciət etmək fikrində deyiləm. Allaha şükür, Tükəzban xanım bu dünyadan xalq artisti, “Şöhrət” ordenli bir sənətkar kimi gedib. Hesab edirəm ki, böyük sənətkarın yubileyini gərək onun sağlığında keçirəsən. Dünyası dəyişəndən sonra onun heç bir əhəmiyyəti yoxdur.
- İmicinizdə hər hansı dəyişiklik nəzərdə tutursunuzmu?
- Mən qocalmamışam ki? Həmişə cavanam. Saçımı kare kəsdirmişəm. Hər zaman çalışıram ki, imicimdə fərqlilik olsun. Düzdür, bir az sınıxmışam. Dərd çoxdur, Tükəzban xanımın dərdi çox böyükdür.
- Amma hamı elə bilir ki, Sizin heç dərdiniz, fikriniz yoxdur...
- Qoy elə bilsinlər. Ümumiyyətlə mən dərd verən insan deyiləm. Dostlar mənə deyir ki, sənə baxanda insan yaşamaq istəyir. Mən də yaşayıram ki, mənə baxsınlar yaşasınlar. Mənim daxili dərdimi, qüssəmi, matəmimi niyə məni sevən insanlara şamil etməliyəm? Çalışıram ki, heç kəsin qanını qaraltmayım.
- Dediniz ki, insanlar Sizdən ilham alır. Maraqlıdır bəs Siz kimdən ilhamlanırsınız?
- Mən gözəl insanlara baxıb yaşayıram. Baxıram xalqımızın firavan yaşamağını görürəm və yaşayıram. Müstəqil olan Azərbaycanımıza və dövlət başçımıza, onun gördüyü işlərə və uğurlarına baxıb yaşayıram. Mədəniyyətimizə qayğı göstərən Mehriban xanım Əliyevaya baxıb yaşayıram. Hər bir kəs istəyir ki, çox və mənalı yaşasın. Mən istəyirəm ki, ömrümün qalanını da mənalı yaşayım. İstəyirəm hamı xoşbəxt olsun. Bütün qadınlarımızı xoşbəxt görmək istəyirəm.
- Faiq Ağayevlə Flora Kərimova arasında baş verən qalmaqala da münasibət bildirmişdiniz...
- Bu onların qalmaqalıdır və öz işləridir. Sadəcə mən Faiqlə möhkəm dostam və dedim ki, onun arxasında durmuşam. Bu söz o demək deyil ki, kiməsə qarşı Faiqlə hansısa təxribat törədəcəyik. Sadəcə mənəvi olaraq bir-birinə yaxın olan insanlar bir-birinə dayaq olmalıdır. Faiqin addımlarını da çox düz hesab edirəm.
- İlhamə xanım, bu gün şou-biznesdə olan oriyentasiyasını dəyişən şəxslərə münasibətiniz necədir?
- Dəhşətdir... Ancaq heç kimin ardınca o sözü deyə bilmərəm. Amma var belə şeylər, özü də çoxdur. Çoxları da fəxr edir, oriyentasiyası qeyri istiqamətdə olanlar bununla da fəxr edir. Hesab edirəm ki, bu, onların həyatıdır.
- Bildiyimizə görə, Sizin şəxsi biznesiniz də var. Bu biznesin nədən ibarət olduğunu açıqlaya bilərsinizmi?
- Yox açıqlaya bilmərəm. Gözə gələrəm.
- Sənət həyatınızda çox xoşbəxt olduğunuzu dəfələrlə deyibsiniz. Bəs şəxsi həyatınızda istədiyiniz xoşbəxtliyi əldə edə bilmisinizmi?
- Maşallah, sənət taleyim çox uğurlu olub. Elə şəxsi həyatımdan da razıyam. Şəxsi həyatımda da hər şey yerindədir. Sevdiyim də var, məni sevən də var. Mən çox inadkaram və gözdən də qorxuram. Mənim şəxsi həyatım superdir. Mən sadəcə açıqlamaq istəmirəm, göz götürənəm də, nə edim... Qadın kimi çox xoşbəxtəm. Sənətim də hər zaman uğurlu olub, insanların da arasında yetərli qədər nüfuzum var, sözüm keçərlidir. İnsan gərək həyatda statusunu qazana bilsin, mən də həyatda öz statusumu qazanmışam və əlimdən verən deyiləm. Ağ atımın üstündə oturub kef edirəm...