Bank Of Baku

Azərbaycanı “Miss Civilization of the World-2009’ yarışmasında Şövkət Qasımova təmsil edəcək

Azərbaycanı “Miss Civilization of the World-2009’  yarışmasında Şövkət Qasımova təmsil edəcək
# 19 yanvar 2009 10:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Best model of Azerbaijan-2008” yarışmasında ikinci yeri qazanan Şövkət Qasımova ölkəmizi “Miss Civilization of the World-2009’ (‘Dünya Mədəniyyətlər Kraliçası”) yarışmasında təmsil edəcək. Bu barədə APA-ya məlumat verən yarışmanın təşklatçılarından azərbaycanlı Zaur Mirzə deyib ki, yarışmada 22 ölkə təmsil olunacaq. Tanınmış musiqiçilərin təmsil olunacağı münsiflər heyətində turk müğənni Emel Sayın da təmsil olunacaq. Z. Mirzənin sözlərinə görə, münsiflər heyətində Azərbaycandan da bir incəsənət xadiminin təmsil olunması nəzərdə tutulur. Bu yarışma Türkiyənin tarixi şəhəri olan Gaziantepdə “Royal Hotel”də keçiriləcək. “AKKAYA” production ve həmyerlimiz Zaur Mirzənin təşkilatçılığı ilə keçiriləcək yarışmanın patenti türk təşkilatçısı Suha Ozgermiya aiddir. Z. Mirzə deyib ki, builki yarışma uğurla həyata keçirildikdən sonra Azərbaycanda da bu yarişmanı təşkil etmək fikrindədir. Hazırda Türkiyədan sonra bu yarışmanın Azərbaycanda keçirilməsi ilə bağlı danişıqlar gedir. Onun sözlərinə görə, fevral ayında bu məsələ ilə bağlı Mədəniyyət və Turizm Naziriliyinə, Heydər Əliyev Fonduna, Gənclər və İdman Naziriliyinə rəsmi müraciət ediləcək. Qeyd edək ki, ötən il bu yarışmada Azərbaycanı Lalə Eyvazova tamsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR