Bank Of Baku

Aygün Kazımova ad günündə modelyer Fəxriyyə Xələfovanın hazırladığı paltarı geyinəcək

Aygün Kazımova ad günündə modelyer Fəxriyyə Xələfovanın hazırladığı paltarı geyinəcək
# 21 yanvar 2009 10:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Sənətçi Aygün Kazımova yanvarın 26-da 38 yaşını qeyd edəcək. APA-nın məlumatına görə, artıq ad günü üçün məkan seçən sənətçi, ciddi-cəhdlə həmin mərasimə hazırlaşır. Müğənni həmin gün ilk dəfə olaraq modelyer Fəxriyyə Xələfovanın kolleksiyasına müraciət edib. Artıq mərasim üçün geyimini müəyyənləşdirən A. Kazımova, məclisdə qeyri-adi görünmək istəyindədir. Ad gününü ən yaxın sənət dostları ilə birgə keçirməyi düşünən sənətçinin yanında meyxana ustası Namiq Qaraçuxurlu da olacaq. Xalq artisti ad günü mərasimindən sonra pərəstişkarlarını yaradıcılığındakı yeniliklərlə sevindirməyi qarşısına məqsəd qoyub. Belə ki, Aygün Kazımova yeni albomunun hazırlıqlarını başa çatdırmaq üzrədir. Almaniyada hazırlanacaq albomda sənətçinin ifasında bu günə kimi eşidilməyən mahnılar yer alacaq. Albomun Azərbaycanda deyil, Almaniyada hazırlanmasında məqsəd yeni albomunun pirat versiyasının hazırlanmasının qarşısını almaqdır. Əldə etdiyimiz məlumata görə, artıq albomun fotosessiyası da hazırdır. Albomun geniş ictimaiyyətə təqdim olunması üçün sənətçi fevralın ortalarında təqdimat mərasimi keçirməyi planlaşdırır. Bu albom üçün A. Kazımova ilk dəfə olaraq bəstəkarlar Aygün Səmədzadə, Faiq Sücəddinov, Nadir Əzimovun mahnılarına müraciət edib. Albomda eyni zamanda gənc bəstəkarlar Murad Arif, Pərviz Mahmudov, Sevinc Tağıyevanın və “Yenə tək” mahnısının müəllifi bəstəkar Minayənin də yeni mahnıları yer alacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR