Bank Of Baku

Günəş Abbasova Belarusdan “Eurovision”a yenə vəsiqə qazana bilməyib

Günəş Abbasova Belarusdan “Eurovision”a yenə vəsiqə qazana bilməyib
# 21 yanvar 2009 10:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Belarus bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində öz təmsilçisini seçib. APA-nın məlumatına görə, iki gün bundan əvvəl keçirilən Belarusun milli final gecəsi “Birinci” kanal və “Belarus TV” ilə canlı yayımlanıb.

Final gecəsində tamaşaçı səsverməsinə görə, belaruslu müğənni Pyotr Yelfimov qələbə çalıb. Əslən Azərbaycandan olan Günəş Abbasova isə tamaşaçı səsverməsinə görə ikinci olub. “Eurovision-2009” mahnı müsabiqəsində çıxış etmək üçün həm Azərbaycandan, həm də Belarusdan təmsilçiliyini irəli sürən Günəş Abbasovanın hər iki cəhdi boşa çıxıb. Pyotr Yelfimov “Eurovision-2009” mahnı müsabiqəsində “Heç zaman yalan danışmayan gözlər” (“Eyes that never lie”) kompozisiyası ilə çıxış edəcək. Qeyd edək ki, Günəş Abbasovanın “Eurovision”da Belarusu təmsil etmək üçün 4 dəfə cəhd etsə də, heç bir müsabiqədə qalib ola bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR