Bank Of Baku

İlhamə Quliyeva Flora Kərimovanın qarşısına Faiq Ağayevi çıxaracaq

İlhamə Quliyeva Flora Kərimovanın qarşısına Faiq Ağayevi çıxaracaq
# 21 yanvar 2009 14:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Nəsimi rayon Məhkəməsində İlhamə Quliyevanın Flora Kərimovaya qarşı şərəf və ləyaqətin təhqir edilməsi, işgüzar nüfuza zərbə vurulması ilə bağlı qaldırdığı iddia əsasında məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə keçirilən məhkəmə iclasında iddianı qaldıran İlhamə Quliyeva özü iştirak etməsə də, onun nümayəndələri prosesə qatılıb. Məhkəmə iclasında çıxış edən İ. Quliyevanın nümayəndələrindən biri xalq artistləri arasında uzun illərdən bəri davam edən bu münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu bildirib.

İclasda çıxış edən xalq artisti Flora Kərimovanın vəkili İlhamə Həsənova vəsatət qaldıraraq iddiaçı İ. Quliyevanın Dünya Azərbaycanlıları Konqresinin Mədəniyyət Akademiyasının prezidenti, Cenevrə Birləşmiş Millətlər Təşkilatının fəxri üzvi və Dünya Qadınlar Komitəsinin üzvi olmağı barədə iddia ərizəsində qeydlər olduğunu, bu təşkilatların nümayəndəsi olduğunu sübut edən sənədləri məhkəməyə təqdim etməsini xahiş edib. İ. Quliyevanın hüquqlarını müdafiə edən vəkil Şəfiqə Nağıyeva isə bu sənədlərin həqiqətən də varlığını vurğulayıb, ancaq bu sənədləri məhkəmə başa çatdıqdan sonra məhkəməyə təqdim etmək niyyətində olduqlarını deyib. Ş. Nağıyevanın bu çıxışından sonra isə hakim sənədləri məhkəmə başa çatdıqdan sonra deyil, elə məhkəmə prosesində təqdim etməyi məsləhət görüb. Fevralın 6-na təyin olunan məhkəmə prosesində xalq artisti Flora Kərimova özü iştirak edəcək.

İ. Quliyevanın vəkili Şəfiqə Nağıyeva fevralın 6-na təyin olunan məhkəmə prosesində İlhamə Quliyevanın özünün yox, onun adından nümayəndəsi kimi xalq artisti Faiq Ağayevin iştirak edəcəyini bildirib. Qeyd edək ki, İ. Quliyeva şərəf və ləyaqətinin təhqir edilməsi, həmçinin işgüzar nüfuza zərbə vurulması tələbi ilə F. Kərimovadan 100 min manat təzminat tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR