Bank Of Baku

Azərbaycanı “TRT” kanalının təşkil etdiyi musiqi müsabiqəsində təmsil edən sənətçi dəyişdirilib

Azərbaycanı “TRT” kanalının təşkil etdiyi musiqi müsabiqəsində təmsil edən sənətçi dəyişdirilib
# 21 yanvar 2009 15:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin “TRT” kanalının təşkil etdiyi “Sən türkünü söylə” xalq musiqisi yarışmasında Azərbaycan təmsilçisi dəyişdirilib. APA-nın məlumatına görə, müsabiqədə öncə Azərbaycanı Milli Konservatoriyasının məzunu Sevda Bəxtiyarovanın təmsil edəcəyi barədə məlumat verilsə də, müsabiqənin ilk ifa günü yaxınlaşanda siyahıda dəyişiklik edilib. S. Bəxtiyarova canlı efirdə iştirakçı deyil, Azərbaycandan gələn qonaq kimi təqdim olunub. Üç ay davam edəcək “Sən türkünü söylə” müsabiqəsinin azərbaycanlı iştirakçısı isə müğənni Samir Piriyev olub və o, uğurlu ifasına görə, həftənin birincisi seçilib. Qeyd edək ki, ilk həftədə azərbaycanlı təmsilçi Samir Piriyev muğam ifa edib. Münsiflər heyətinin üç üzvü ona ən yüksək – 10 balla, Türkiyənin tanınmış sənətçisi Zərrin Özər isə 9 bal qiymət verib. Bununla belə Z. Özər Samir Piriyevin ifasından sonra onu ayaq üstə alqışlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR