Bank Of Baku

“Eurovision-2009” üçün Azərbaycanda bəstəkarlar arasında elan olunmuş müsabiqəyə yeni mahnı təqdim olunub

“Eurovision-2009” üçün Azərbaycanda bəstəkarlar arasında elan olunmuş müsabiqəyə yeni mahnı təqdim olunub
# 22 yanvar 2009 12:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsi üçün İctimai Televiziya və Radio Verilişləri Şirkəti (İTV) tərəfindən elan edilən mahnı seçimi davam edir. Gənc bəstəkar Emil Şahin artıq müsabiqə üçün bəstələdiyi mahnını İTV-yə təqdim edib. “Fallow my way” (“İzlə məni”) adlanan mahnının sözləri Zəhra Bədəlbəylinindir. Bəstəkarın APA-ya verdiyi məlumata görə, “Fallow my way” mahnısı insanları sülhə, əmin-amanlığa, mehriban olmağa dəvət edir.

E. Şahinin bildirdiyinə görə, mahnı xalq artisti Alim Qasımov, “Natiq” ritm qrupunun bədii rəhbəri, əməkdar artist Natiq Şirinov və Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri, xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında hazırlayıb.

Xatırladaq ki, İTV-nin elan etdiyi mahnı seçimi fevralın 1-dək davam edəcək. Münsiflər heyəti təqdim edilən mahnılar arasından seçim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR