Bank Of Baku

Aktyor Con Travoltanı oğlunun vəfat etməzdən əvvəl çəkilmiş şəkillərini yaymaqla hədələyirlər

Aktyor Con Travoltanı oğlunun vəfat etməzdən əvvəl çəkilmiş şəkillərini yaymaqla hədələyirlər
# 22 yanvar 2009 15:43 (UTC +04:00)
Kaliforniya-APA. Polis aktyor Con Travoltaya qarşı şantaj cəhdləri ilə bağlı araşdırmaya başlayıb. APA-nın məlumatına görə, şantajçılar aktyoru vəfat etmiş oğlunun şəkillərini jurnalistlərə satmaqla hədələyiblər. Aktyora müraciət edən iki naməlum şəxs onlarda Cett Travolta ölməzdən əvvəl çəkilmiş şəkillərin olduğunu bildirib və bu fotoları mətbuata ötürməmək üçün Con Travoltadan milyonlarla dollar pul istəyiblər. Bəzi məlumatlara görə, Travoltanı şantaj edənlərdən biri Bahamalı siyasətçi, ikincisi həkimdir. Onların fotoları mobil telefonun kamerası ilə çəkdiyi güman olunur. Con Travolta dərhal polisə müraciət eləyib və polis şübhəli şəxsləri dindirməyə başlayıb. Qeyd edək ki, Con Travoltanın 16 yaşlı oğlu xroniki xəstəlikdən Baham adalarında vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR