Bank Of Baku

“Oskar” mükafatına namizəd filmlərin siyahısı açıqlanıb

“Oskar” mükafatına namizəd filmlərin siyahısı açıqlanıb
# 22 yanvar 2009 15:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Amerika Kino Akademiyasının prezidenti Sid Qenis və “Oskar” mükafatçısı Forest Uiteker bu il üçün “Ən yaxşı film” nominasiyası uğrunda mübarizə aparacaq filmlərin adlarını açıqlayıblar. APA-nın məlumatına görə, bu il “Benjamin Battonun müəmmalı işi”, “Harv Milk”, “Yoxsul şəhərdə yaşayan milioner”, “Oxucu” və “Frost Niksona qarşı” filmləri 81-ci “Oskar” mükafatında “Ən yaxşı film” nominasiyasında iştirak etmək hüququ qazanıblar. Qeyd olunan filmlərdən “Benjamin Battonun müəmmalı işi” filmi 13, Yoxsul şəhərdə yaşayan milioner” filmi 10, “Harv Milk” 8, “Qara cəngavər” 8 nominasiya üzrə “Oskar” mükafatı qazanmaq şansına malikdir. Qeyd edək ki, 81-ci “Oskar” mükafatının təqdimatetmə mərasimi fevralın 22-də Amerikada “Kodak” kinoteatrında keçiriləcək. Mərasim 200 ölkənin telekanalları ilə canlı yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR