“Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə: “Elnurla Samirin göstəricisini qabaqlamaq üçün əlimdən gələni edəcəyəm” - MÜSAHİBƏ - FOTOSESSİYA
- Musiqiyə həvəsim uşaqlıqdan yaranıb. İlk olaraq Əfsər Cavanşirovun xoruna yazılmışdım və həmin xorda solo ifa edirdim. İlk uğurum “Pöhrə” müsabiqəsində olub, bu müsabiqədə birinci yeri qazanmışam. Daha sonra musiqi təhsili almaq arzumu gerçəkləşdirdim və 13 yaşında musiqi məktəbinin fortepiano şöbəsinə daxil oldum. Oranı qırmızı diplomla başa vurdum. Bundan sonra xüsusi proqram çərçivəsində Amerika Birləşmiş Ştatlarına getdim və orada xor qrupuna yazıldım. ABŞ-da məni xorla birgə solo ifaçı kimi bir çox müsabiqələrə göndərdilər. Həmin müsabiqələrdən üçündə birinci yeri qazanaraq qızıl medala layiq görülmüşəm. Azərbaycana qayıtdıqdan sonra “Yeni ulduz” müsabiqəsində çıxış etmişəm. Sonra isə “Tələbə baharı” müsabiqəsində birinci yerə layiq görülmüşəm. “Tələbə baharı”ndan sonra isə tale məni “Eurovision”a gətirib çıxardı.
- “Eurovision”a hazırlıq prosesinə başlanılıbmı?
- Hazırda mahnı seçimi üçün kastinqlər davam edir və fevralın 1-nə kimi mahnı qəbulu elan edilib. Biz əsas mahnının seçilməsini gözləyirik. Mahnı məlum olduqdan sonra isə artıq hazırlıqlara başlayacağıq. Ancaq bu o demək deyil ki, bu gün boş oturmuşam. Mən günümün əsas hissəsini xoreoqrafiyaya və vokala sərf edirəm, eyni zamanda idmanla məşğul oluram. Yəni hər bir tərəfli çalışıram.
- Hansı mahnı janrını səs tembrinə daha yaxın hiss edirsən?
- Həmin müsabiqədə ifa edəcəyim mahnının hansı janrda olacağı hələ məlum deyil. Ancaq istəyirəm ki, mahnı çox ritmik və şən olsun, həmin mahnıda Azərbaycanın milli elementləri yer alsın. Əsas odur ki, mahnı şən üslubda olsun.
- “Eurovision” səhnəsinə çıxmaq üçün özünü tam hazır hiss edirsən?
- Bəli, tam hazır hiss edirəm. Bilirəm ki, mənimlə peşəkar komanda işləyəcək. Ötən il olduğu kimi yenə də Ukraynanın “EuroMedia” şirkəti ilə birgə çalışacağıq. Artıq onlarla ilk görüşümüz olub. Söhbət əsnasında öyrəndim ki, bizə yardımçı olacaq “EuroMedia” şirkətinin çıxış nömrəsi ilə bağlı çox maraqlı fikirləri var. Ona görə ümid edirəm ki, biz istədiyimiz nəticəni əldə edəcəyik.
- Bəs geyim?
- Artıq mahnı məlum olduqdan sonra geyimi müəyyənləşdirəcəyik. İmic formalaşdırmaq məsələsində professional insanlarla yanaşı mənim də öz fikirlərin olacaq. Bir yerdə ortaq məxrəcə gəlib gözəl bir geyim hazırlanacaq.
- Məlum olduğu kimi, “Eurovision-2009” yarışmasında Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən milli seçimlərdə 40 sənətçi iştirak edib. Münsiflər heyətinin 40 nəfərin içindən səni seçməsini necə qarşıladın?
- Ümumiyyətlə, hissiyyatım çox güclüdür. Bu zamana kimi də digər müsabiqələrdə iştirak zamanı da birinci olacağımı əvvəlcədən hiss etmişəm. Elə bu seçimlərə qatılan vaxt birinci gündən hiss elədim ki, müsabiqədən keçəcəyəm. Ümumiyyətlə, hisslərim çox güclüdür və heç zaman məni aldatmır. Bu dəfə də belə oldu. Mən milli seçimlər zamanı Beyonsun repertuarından kompozisiya ifa etdim. Beyons mənim kumirimdir. Bu müğənninin səhnədə etdiyini bütün hərəkətlər mənə xoş gəlir. Mən uzun müddət rəqslə məşğul olmuşam, tək müasir musiqilərin rəqsi ilə deyil, eyni zamanda Azərbaycanın xalq mahnılarını da öyrənmişəm. Hesab edirəm ki, şou-biznesdə olan sənətçi bütün bunları bilməlidir.
- Bəs güclü olan hisslərin “Eurovision-2009” yarışmasında neçənci yeri tutacağını söyləyir?
- Hisslərim bu gün deyir ki, hər şey çox yaxşı olacaq. Bütün rəqiblər barədə məlumatım var. Onların çoxu professional müğənnilərdir. Rəqiblərimin hər birinə uğur arzulayıram, ancaq hiss edirəm ki, bu il Azərbaycan “Eurovision”da daha ön sıralarda olacaq. Bu elə müsabiqədir ki, öncədən nə isə proqnozlaşdırmaq qeyri-mümkündür.
- Mətbuat konfransında qeyd etdin ki, “inşallah, bu il birincilik Azərbaycanın olacaq”. Bu əminlik nəyə əsaslanır?
- Ümumiyyətlə, özümə çox güvənirəm. Ancaq bu o demək deyil ki, özümdən razı insanam, yox, sadəcə özümə arxayınam. Birinci olmaq Allahın işidir və hər şey Onun əlindədir. Mən bütün qəlbimlə ümid edirəm ki, biz ön sıralarda olacağıq. Mən bunun üçün əlimdən gələni edəcəyəm. Azərbaycanı çox yüksək səviyyədə təmsil etmək üçün var gücümlə çalışacağam. Çünki bunu bütün qəlbimlə istəyirəm.
- Digər ölkələrin təmsilçiləri arasında ən güclü rəqib olaraq kimi görürsən? Rəqiblərin arasında Türkiyə təmsilçisi Hadisə var, hətta Patrisiya Kaas da rəqibin ola bilər...
- Mən özümə tam güvənirəm. Adlarını sadaladığınız sənətçilərin müsabiqədə iştirakı isə məni bu yarışmaya daha ciddi hazırlaşmağa sövq edir. Mən özümə və komandama inanıram. Əslində onların hər biri mənim rəqibimdir. Buna baxmayaraq, səmimi qəlbdən onlara uğur arzulayıram.
- Əvvəllər “Eurovision” müsabiqəsini izləyən zaman orada çıxış etmək ürəyindən keçibmi?
- Mən “Eurovision”u çoxdan izləyirəm, çox sevdiyim bir müsabiqədir. Əsasən də son illər bu müsabiqəni izləyirdim. Həmişə özümü o səhnədə təsəvvür edirdim və deyirdim ki, bir zaman qismət olsa, mən də Azərbaycanı o müsabiqədə təmsil edəcəyəm. Şükür Allaha o zaman da gəldi və mən bu şərəfə layiq görüldüm.
- Bu illər ərzində “Eurovision”da çıxış edən musiqiçilərdən hansı sənin favoritin olub?
- O qədər çox sənətçilər olub ki... 2007-ci ildə birinci yeri qazanan Mariya Şerifoviç, Azərbaycanın ilk təmsilçiləri Elnur və Samir, Ruslana, Abba, Toto Kutunyo, Selin Dion... Amma mən özümü kiməsə bənzətmək istəmirəm. Mən hələ ki, özümü axtarıram. Mən ancaq Aysel kimi qalmaq istəyirəm.
- Adın açıqlandıqdan sonra sənə sənətçilərdən zəng edib uğurlar arzulayanlar olubmu?
- Adım açıqlandıqdan sonra həm ev, həm də mobil telefonuma durmadan zənglər gəlirdi. “Yeni ulduz”dan uşaqlar zəng edib təbriklərini çatdırdılar. Eyni zamanda Mübariz Tağıyev, Murad Dadaşov mənə dəstək olduqlarını bildiriblər. Ancaq digər şou-biznes nümayəndələri ilə əlaqələrim olmadığı üçün zəng etməyiblər.
- Bu müddət ərzində ötən il Azərbaycanı bu yarışmada təmsil edən Elnur və Samirlə görüşünüz olubmu? Onlardan məsləhətlər alıbsan?
- Yox, görüşümüz olmayıb. Mən Elnurla Samiri şəxsən tanımıram, onları ancaq ekrandan izləmişəm. Bəlkə də gələcəkdə görüşdük. Elnur və Samirə gəldikdə isə, bildirmək istəyirəm ki, onlar çox istedadlı uşaqlardır və bu müsabiqədə birinciliyə layiq idilər. Əlimdən gələni edəcəyəm ki, onların göstəricisini qabaqlayım.
- Hesab edək ki, artıq Moskvadasan və Azərbaycan təmsilçisi olaraq mətbuat konfransın keçirilir. Xarici media mənsubları qarşısında Azərbaycanı necə təqdim edərdin?
- İlk öncə Azərbaycanın çox qədim bir ölkə olduğunu deyər, tarixi ilə bağlı yetərli məlumat verərdim. Bildirərdim ki, Azərbaycanımızda hər şey var. Həm tarixi, həm mədəniyyəti ilə dünya tarixində iz qoyan şəxsiyyətlərimiz olub. Azərbaycan haqqında çox məlumatlıyam və bütün bunları orada söyləyəcəyəm.
- Ümid edirik ki, “Eurovision”da iştirakdan sonra xasiyyətin dəyişməyəcək...
- Mən ziyalı ailədə böyümüşəm. Atam jurnalistdir, uzun müddət o, Azərbaycan Dillər Universitetində fəlsəfə kafedrasının müdiri vəzifəsində çalışıb. Anam isə elmlər doktorudur və Bakı Slavyan Universitetində işləyib. Əminəm ki, müsabiqədən sonra xasiyyətim dəyişməyəcək. Mən olduğum kimi də qalacağam. Yəqin ki, hər şey yaxşı olar.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq