İlhamə Quliyeva: “Sərxan Kərəmoğlu dedi ki, bu işin arxasında duranların kimliyini mənə açıqlayacaq”
İ. Quliyeva bildirib ki, həqiqətən də S. Kərəmoğlu ərizəsini geri götürübsə, onunla görüşə razılıq verəcək: “O bəyan etdi ki, bu işin arxasında duranların kimliyini mənimlə görüşdə açıqlayacaq. Onunla görüşməyi düşünürəm və həmin görüşdən sonra qərara alacağam ki, ona qarşı qaldırdığım iddianı geri götürüm, yoxsa yox. Ümumiyyətlə, Sərxanla 40 dəqiqəyə yaxın danışdıq. Hiss etdim ki, mənim səsim üçün çox darıxıb. Onu çox suçladım, lüzumsuz addımlarını üzünə dedim. Görüşdə Sərxanın günahsız olduğu sübuta yetsə, onu yenidən evimə qəbul edəcəyəm və yenə də süfrəmin başında oturacaq. Mənim ürəyim çox yumşaqdır və bağışlamağı bacaran insanam”.
İ. Quliyeva Flora Kərimova ilə aralarında keçirilən növbəti məhkəmə prosesində Faiq Ağayevin onun nümayəndəsi kimi iştirak etməsinə də münasibət bildirib: “Mənim səlahiyyətli nümayəndələrimin başında vəkilim Şəfiqə Nağıyeva durur. O, həm vəkilim, həm də səlahyyətli nümayəndəmdir. Mənim səlahiyyətli nümayəndələrim çoxdur, bir Faiq deyil ki. Faiqin orada danışması isə məhkəmənin gedişatından asılıdır, mən orada olmayacağam. Biz Faiqlə dostuq və məhkəmədə iştirak etməyi o özü könüllü istəyib, mən xahiş etməmişəm. İnsanlar problemli məqamlarında bir-birinin yanında olmalıdır, o da mənim yanımdadır, mən də hər zaman onun yanındayam”.
S. Kərəmoğlu isə APA-ya açıqlamasında həqiqətən də bu gün İ. Quliyevaya qarşı iddia ərizəsini məhkəmədən geri götürdüyünü söyləyib: “Telefon danışığında mən ona bu işin arxasında başqa adamın dayandığını demişəm. Ancaq bu, Flora xanım deyil, özünü reklam etmək istəyən başqa biridir. Mən həmin insanın adını öyrənəndə şoka düşdüm ki, bu qədər də namərdlik olar? Hər üçümüz birlikdə həmin adamı məhkəməyə verməliyik. Həmin adama qarşı həm İlhamə Quliyeva, həm də Flora Kərimova tərəfindən iddia ərizəsi qaldırılmalıdır. Əgər hər hansısa biri bu iddianı qaldırmasa, o zaman həmin adamın arxasında duran da odur. Mən vəkillərin bütün xərclərini öz boynuma götürəcəyəm. Bu qalmaqallarda Sarxanın səbri, pulu gedib, ailəsində söz-söhbətlər olub. Həmin adam öz əməllərinə görə cavab verməlidir”.
Şou-biznes
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq