Bank Of Baku

“Eurovision-2009”da Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə britaniyalı xoreoqrafla dərslərə başlayıb

“Eurovision-2009”da Azərbaycanı təmsil edəcək Aysel Teymurzadə britaniyalı xoreoqrafla dərslərə başlayıb
# 27 yanvar 2009 10:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın “Eurovision-2009” mahnı müsabiqəsindəki təmsilçisi Aysel Teymurzadə rəqs üzrə tanınmış beynəlxalq ekspert, britaniyalı xoreoqraf Fransisko Qomeslə hazırlıq keçib. Bununla bağlı APA-ya məlumat verən “Eurovision-2009” yarışması üzrə Azərbaycan nümayəndə heyətinin mətbuat katibi Leyla Əliyeva deyib ki, dünyaca tanınmış rəqqas Madonna, Kaili Minok və Britni Spirs dünya ulduzları ilə işləyib. Bir neçə gün davam edən hazırlıq prosesi Kiyevdə baş tutub. L. Əliyeva deyib ki, Aysel Teymurzadə Kiyevdə olarkən Fransisko Qomeslə görüşüb və işbirliyinə başlayıblar: “Ancaq hələlik mahnı müəyyənləşmədiyi üçün xüsusi rəqs hazırlanmayıb. Ayselin ifa edəcəyi mahnının ritmik olacağını dəqiq bilmirik. Bu dəqiqləşdikdən sonra ola bilər ki, Fransisko ilə işbirliyi davam etdirilsin”. L. Əliyevanın bildirdiyinə görə, “Eurovision-2009”da ifa olunması üçün bir sıra bəstəkarlar öz mahnılarını İTV-yə təqdim ediblər. Həmin mahnılar arasında həm tanınmış və nisbətən yaşlı bəstəkarların, həm də gənc bəstəkarların bəstələrinin olduğunu deyən mətbuat katibi, fevralın 1-nə kimi bu prosesin davam edəcəyini qeyd edib. O bildirib ki, artıq seçim olduqdan sonra bəstəkarın və söz müəllifinin adı keçiriləcək mətbuat konfransında açıqlanacaq. Azərbaycan təmsilçisinin promo-tur üçün artıq bir sıra ölkələrdən dəvət aldığını da qeyd edən L. Əliyeva hələlik həmin ölkələr arasında seçim aparıldığını deyib: “Ötən ilki təmsilçilərimiz Elnur və Samirin promo-tur etdikləri ölkələrə ancaq klip göndərməyi düşünürük. Bu il ötən il səfər edilməyən və konsert verilməyən ölkələrə daha çox üstünlük veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR