Bank Of Baku

Dima Bilan Bakıda konsert verəcək

Dima Bilan Bakıda konsert verəcək
# 27 yanvar 2009 13:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Eurovision-2008” mahnı müsabiqəsinin qalibi, rusiyalı sənətçi Dima Bilan Bakıda konsert proqramı ilə çıxış edəcək. Sənətçinin konserti martın 10-da Heydər Əliyev Sarayında gerçəkləşəcək. Bu barədə APA-ya məlumat verən konsertin təşkilatçısı “Art Comunnity”nin rəhbəri Elman Sidqiyayev deyib ki, Dima Bilan bakılı pərəstişkarların qarşısına tam yeni proqramla çıxacaq. İki gün Bakıda qalacaq sənətçi eyni zamanda pərəstişkarları ilə də görüşəcək. Konsertin biletlərinin qiyməti 50-150 manat arasında olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR