Bank Of Baku

“Eurovision-2009” müsabiqəsində Azərbaycan təmsilçisinin yarımfinalda hansı nömrə altında çıxış edəcəyi yanvarın 30-da məlum olacaq

“Eurovision-2009” müsabiqəsində Azərbaycan təmsilçisinin yarımfinalda hansı nömrə altında çıxış edəcəyi yanvarın 30-da məlum olacaq
# 27 yanvar 2009 13:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Eurovision-2009” yarışmasının yarımfinallarında iştirak edəcək ölkələrin sıralanması yanvarın 30-da keçiriləcək püşkatmada məlum olacaq. APA-nın məlumatına görə, püşkatma mərasimi Moskvada keçiriləcək. Həmin gün yarımfinallarda iştirak edəcək 38 ölkənin yanvarın 12 və ya 14-də hansı nömrə altında çıxış edəcəyi məlum olacaq. Onu da deyək ki, müsabiqədə iştirak edəcək 43 ölkədən Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və Rusiya mayın 16-da keçiriləcək müsabiqənin finalında birbaşa iştirak edəcək. Moskvada keçiriləcək müsabiqənin aparıcılarının Flipp Kirkorov və Yanna Turikova olacağı ehtimal edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR