Bank Of Baku

Aygün Kazımova ilə Xumar Qədimova barışıblar

Aygün Kazımova ilə Xumar Qədimova barışıblar
# 28 yanvar 2009 08:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Xalq artisti Aygün Kazımova ilə Xumar Qədimova barışıblar. Ötən gün ad gününü təmtəraqla qeyd edən A. Kazımova mərasimə keçmiş dostu Xumar Qədimovanı da dəvət edib. APA-nın məlumatına görə, uzun zamandır, aralarında soyuqluq yaşanan X. Qədimova da həmkarının bu dəvətini qəbul edib. Saat 00.45-də ad gününə gələn Xumar Qədimova A. Kazımovaya hədiyyəsini verdikdən az sonra mərasimi tərk edib. O, ad günündə mahnı ifa etməyi da lazım bilməyib.

Gecənin yarısında A. Kazımovanı təbrik etməyə gələnlərdən biri də Nura Suri olub. Uzun müddətdir, münasibətlərində ciddi problemlər olan A. Kazımova və N. Suri arasında buzları əritmək üçün ilk addımı Nura atıb.

Mərasimə dəvətli olmayan N. Suri A. Kazımovanın ad gününü təbrik etməklə, barışıq niyyətini ortaya qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR