Bank Of Baku

“Dünya Mədəniyyətlər Kraliçası” yarışmasında Azərbaycanı Şövkət Qasımova təmsil edəcək

“Dünya Mədəniyyətlər Kraliçası” yarışmasında Azərbaycanı Şövkət Qasımova təmsil edəcək
# 30 yanvar 2009 12:36 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Best model of Azerbaijan-2008” yarışmasında ikinci yeri qazanan Şövkət Qasımova ölkəmizi “Miss Civilization of the World-2009’ (‘Dünya Mədəniyyətlər Kraliçası”) yarışmasında təmsil edəcək. APA-nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında çıxış edən “Dünya Azərbaycanlıları” İctimai Birliyinin baş direktoru Elnur Orucov deyib ki, yarışmada 30 ölkə təmsil olunacaq. Dünyaca tanınmış musiqiçilərin təmsil olunacağı münsiflər heyətində Turkiyəli müğənni Emel Sayın da var. E. Orucovun sözlərinə görə, münsiflər heyətində Azərbaycandan gənc sənətçi Fərrux Faziloğlu olacaq və o, müsabiqədə repertuarındakı iki mahnını ifa edəcək. Bu yarışma Türkiyənin tarixi şəhəri olan Gaziantepdə - “Royal Hotel”də keçiriləcək. “AKKAYA” production və Dünya Azərbaycanlıları İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək yarışmanın patenti türk təşkilatçısı Suha Ozgermiya aiddir. E. Orucov onu da deyib ki, builki yarışma uğurla həyata keçirildikdən sonra Azərbaycanda bu yarişmanı təşkil etmək fikri var. Hazırda Türkiyədan sonra bu yarışmanın Azərbaycanda keçirilməsi ilə bağlı danişıqlar gedir. Tədbirdə çıxış edən Şövkət Qasımova Azərbaycanı bu müsabiqədə layiqincə təmsil edəcəyinə söz verib: “Bu müsabiqəyə dəvət olunmağı ağlıma belə gətirmirdim. Bu müsabiqədə Azərbaycan təmsilçisini təyin etmək üçün mənim işlədiyim “Venera” Moda Agentliyinə müraciət olunub. Bundan sonra həmin agentliyin işçisi olan 6-ya yaxın modelin şəkilləri təşkilatçılara göndərilib və həmin modellərin arasından məni seçiblər”. Həyəcanlı olduğunu vurğulayan azərbaycanlı model martın 7-də keçiriləcək gözəllik yarışmasına artıq ciddi hazırlaşdığını vurğulayıb. 18 yaşında olan azərbaycanlı modelin çəkisi 55 kiloqram, boyu isə 176 santimetrdir. Qeyd edək ki, ötən il bu yarışmada Azərbaycanı Lalə Eyvazova tamsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR