Bank Of Baku

Fransanı “Eurovision-2009” müsabiqəsində Patrisiya Kaas təmsil edəcək

Fransanı “Eurovision-2009” müsabiqəsində Patrisiya Kaas təmsil edəcək
# 30 yanvar 2009 14:07 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Mayda Moskvada keçiriləcək “Eurovision-2009” mahnı müsabiqəsində Fransanı məşhur müğənni Patrisiya Kaas təmsil edəcək. APA-nın məlumatına görə, Fransa təmsilçisinin adı bu gün açıqlanıb. Müğənninin müsabiqədə hansı mahnı ifa edəcəyi isə fevralda Parisdə keçiriləcək mətbuat konfransda açıqlanacaq.

Qeyd edək ki, məşhur müğənni altı dəfə dünya turnesinə çıxıb və 900-dən artıq konsert proqramı ilə çıxış edib. Müğənni ötən ilin martında Azərbaycanda da olub və Bakıda Azərbaycan Dövlət Filarmoniyasında konsert verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR