Bank Of Baku

Azərbaycan təmsilçisi “Eurovision-2009” müsabiqəsinin ikinci yarımfinalında səhnəyə çıxacaq üçüncü iştirak olacaq

Azərbaycan təmsilçisi “Eurovision-2009” müsabiqəsinin ikinci yarımfinalında səhnəyə çıxacaq üçüncü iştirak olacaq
# 30 yanvar 2009 15:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan “Eurovision-2009” mahnı müsahibəsinin ikinci yarımfinalında iştirak edəcək. APA-nın məlumatına görə, bu gün Moskvada keçirilmiş püşkatma nəticəsində 38 iştirakçı ölkənin hansı ardıcıllıqla çıxış edəcəkləri müəyyənləşdirilib. Azərbaycan təmsilçisi Aysel Teymurzadə mayın 14-ü səhnəyə üçüncü çıxan iştirakçı olacaq. Mayın 12-də keçiriləcək birinci yarımfinalda Bosniya və Hersoqovina, İsveç, İsrail, Belçika, Andorra, Çexiya, Monteneqro, İslandiya, Gürcüstan, Bolqarıstan, Portuqaliya, İsveçrə, Makedoniya, Finlandiya, Belarus, Türkiyə, Rumıniya, Malta və Ermənistan təmsilçiləri çıxış edəcəklər. Mayın 14-də isə Sloveniya, Danimarka, Azərbaycan, Niderland, Latviya, Macarıstan, Serbiya, Norveç, Ukrayna, Yunanıstan, Litva, Polşa, Xorvatiya, Estoniya, Moldova, Kipr, İrlandiya, Slovakiya və Albaniyadan olan iştirakçılar çıxış edəcəklər. Bu ölkələr finala vəsiqə uğrunda mübarizə aparacaqlar. Xatırladaq ki, Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və bu il yarışmaya ev sahibliyi edən Rusiya final mərhələsinə avtomatik olaraq qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR