Bank Of Baku

Aysel Teymurzadənin “Eurovision-2009” müsabiqəsində ifa edəcəyi mahnı bu həftə məlum olacaq

Aysel Teymurzadənin “Eurovision-2009” müsabiqəsində ifa edəcəyi mahnı bu həftə məlum olacaq
# 03 fevral 2009 12:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Moskvada keçiriləcək “Eurovision-2009” müsabiqəsində Azərbaycan təmsilçisi Aysel Teymurzadənin ifa edəcəyi mahnı bu həftə məlum olacaq. Bu barədə APA-ya məlumat verən “Eurovision-2009” müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin mətbuat katibi Leyla Əliyeva deyib ki, artıq İctimai Televiziya və Radio Yayımları Şirkətinə təqdim olunmuş mahnılar arasında seçim aparılır. “Eurovision-2009” musiqi yarışmasında Azərbaycan təmsilçisinin ifa etməsi üçün 30-a yaxın bəstəkar İTV-yə öz mahnısını göndərib. L.Əliyeva deyib ki, hazırda İTV-nin baş direktoru İsmayıl Ömərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Mənzər Nurəliyeva və Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyevdən ibarət 7 nəfərlik münsiflər heyəti həmin mahnılar arasında seçim aparırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR