Bank Of Baku

Ajda Pekkan Bakıda konsert proqramı ilə çıxış edəcək

Ajda Pekkan Bakıda konsert proqramı ilə çıxış edəcək
# 05 fevral 2009 10:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış və çox sevilən sənətçisi Ajda Pekkan Bakıda konsert proqramı ilə çıxış edəcək. Ajda Pekkanın Bakı konserti aprelin 26-da Heydər Əliyev Sarayında gerçəkləşəcək. Konsert “Səs Organization”un rəhbəri Nahid Emiloğlunun təşkilatçılığı ilə keçiriləcək. N. Emiloğlunun APA-ya verdiyi məlumata görə, konsertdə sənətçi ən hit mahnılarını Azərbaycan tamaşaçılarına ərməğan edəcək. Ajda Pekkanın Azərbaycan konsertinə ciddi-cəhdlə hazırlaşdığını qeyd edən təşkilatçı, müğənninin konsert öncəsi paytaxtı gəzmək arzusunda olduğunu da vurğulayıb. Ajda Pekkan üç gün Bakıda qalacaq və bu müddət ərzində Bakıdakı pərəstişkarları ilə görüşəcək. N.Emiloğlu deyib ki, bundan başqa onun təşkilatçılığı ilə martda bir neçə konsert həyata keçiriləcək. Martın əvvəllərində Yıldız Tilbənin Bakıda konsert verəcəyini deyən təşkilatçı, bu konsertin 8 mart – Beynəlxalq Qadınlar Bayramı ərəfəsində baş tutacağını deyib. Martın 28-də isə N. Emiloğlu Sərdar Ortacın konsertini təşkil edəcək. Hər üç konsertin biletlərinin qiyməti yaxın günlərdə açıqlanacaq. Qeyd edək ki, konsertlərin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR