Bank Of Baku

İosif Kobzon ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

İosif Kobzon ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib
# 10 fevral 2009 12:26 (UTC +04:00)
Moskva-APA. Rusiyanın görkəmli sənətçisi İosif Kobzonun səhhəti qəfil pisləşib. APA-nın məlumatına görə, bir qədər əvvəl Kobzon təcili yardım maşını ilə Moskvanın elitar xəstəxanalarından birinə gətirilib. Rusiya mətbuatı müğənnin səhhəti ilə bağlı tez-tez problemlərlə üzləşdiyini yazır. Almaniyada uğursuz əməliyyatdan sonra İosif Kobzonun yarasının tikiş yerləri ayrılmağa başlayıb. Nəticədə Kobzonun ciyərlərinə soyuq dəyib. Baş ağrılarından əziyyət çəkən müğənni bunu havaların dəyişməsi ilə əlaqələndirsə də, səhər saatlarında onun bədəninin hərarəti qalxmağa başlayıb. Təcili yardım maşını ilə xəstəxanaya çatdırılan İosif Kobzon ilkin müayinələrdən keçirilib. Həkimlər sənətçinin səhhətinin stabil olduğunu bildirsələr, onun bir müddət xəstəxanada həkim nəzarəti altında qalmalı olduğunu qeyd edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR