Bank Of Baku

Demet Akalının Bakı konsertinin biletlərinin 70 faizi satılıb

Demet Akalının Bakı konsertinin biletlərinin 70 faizi satılıb
# 16 fevral 2009 10:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Türkiyəli sənətçi Demet Akalının Bakı konsertinin biletlərinin satışı hələ də davam edir. Bu barədə APA-ya məlumat verən konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu deyib ki, biletlərin 70 faizi artıq satılıb: “Konsertə beş gün vaxt qalmasına baxmayaraq, artıq biletlərin çoxu sənətçinin pərəstişkarları tərəfindən alınıb. Bilet satışından belə nəticəyə gəlmək olar ki, Demet Akalının konserti anşlaqla keçəcək. Son dövrlər sənətçinin yaradıcılığındakı yeniliklər və öz üzərində mütəmadi işləməsi bakılı pərəstişkarlarının da nəzərindən yayınmayıb. Bilet satışı seyrçilərin Demet Akalına marağından xəbər verir”.

Xatırladaq ki, konsert fevralın 20-də Heydər Əliyev Sarayında baş tutacaq. Sənətçi konsertdən bir gün əvvəl ölkəmizə gələcək və konsertdən bir gün sonra geri dönəcək. Biletlər 30-150 manat arasında satılır. Konsertin informasiya dəstəyi APA-ya məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR