Bank Of Baku

Dəniz Səki: “Narkotikdən istifadə etdiyimə görə peşmanam”

Dəniz Səki: “Narkotikdən istifadə etdiyimə görə peşmanam”
# 17 fevral 2009 10:29 (UTC +04:00)
İstanbul – APA. Fevralın 13-də İstanbulda jandarmanın keçirdiyi kokain əməliyyatı zamanı həbs olunan məşhur sənətçi Dəniz Səki azadlığa buraxılıb. APA-nın Türkiyə xəbər saytlarına istinadən verdiyi məlumata görə, sənətçi fevralın 26-da axşam növbətçi məhkəmə tərəfindən azad edilib. O, istintaq müddətində azadlıqda olacaq. D. Səki növbətçi məhkəməyə verdiyi ifadəsində hər hansı qeyri-leqal təşkilatın üzvü olmadığını bildirib: “Kimsəyə narkotik maddə verməmişəm. Son vaxtlar yaşadığım sıxıntıların təsiri ilə narkotikdən istifadə etdim. İndi peşmanam. Bir sənətçi kimi bu durumda olmaqdan böyük üzüntü duyuram. Günahım narkotikdən istifadə etməkdən ibarətdir. Bur daha narkotikdən istifadə etməyəcəyəm”. Məhkəmə binasından çıxdıqdan sonra jurnalistlərə açıqlama verməyən D. Səki yaxın qohumlarından birinin evinə gedib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR